"Müəssisələr istifadə edilmiş sudan qənaət üçün təkrar yararlanmalıdır"
Azərbaycanda sənaye müəssisələri qənaət etmək üçün istifadə edilmiş sudan təkrar yararlanmalıdırlar.
Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq olunmalıdır:
“Suya qənaət olunması vacibdir, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var. Qlobal istiləşmənin baş verməsi səbəbindən suya daha çox qənaət edilməli və suya olan tələbat həm də qənaət hesabına ödənilməlidir. Su qıtlığı ilə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiyalardan istifadə edilməlidir”.
F.Əliyev qeyd edib ki, suya qənaət məqsədilə Azərbaycandakı sənaye müəssisələrində təmizləyici qurğular quraşdırılmalıdır.
ETSN-nin bu məsələdə çox maraqlı olduğunu deyən nazir müavininin fikrincə, həmin qurğuların hesabına müəssisələrdə sudan təkrar istifadə etmək mümkündür.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)



