"Rəqəmsallaşmanın tətbiqi SOCAR-ın gəlirliliyini artıracaq"
Ötən həftə gənclərlə görüşü zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev rəqəmsallaşmanın şirkətin strateji inkişaf planında prioritet yerdə dayandığını və bu sahədə böyük proqramların həyata keçirildiyini bildirib.
Bu barədə açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bu gün sənayenin avtomatlaşdırılması və rəqəmsallaşmasının ən müasir formalarının məhz neft-qaz sənayesində tətbiq edildiyini deyib:
“SOCAR-ın prezidentinin də dediyi kimi, şirkət rəqəmsallaşmanı ən yüksək səviyyədə tətbiq edir. Bunu görmək üçün təkcə son 5 ildə şirkətin həm ölkə daxilində həm də onu hüdudlarından kənarda tikib istifadəyə verdiyi və ya modernizasiyasını həyata keçirdiyi obyektlərə baxmaq yetərlidir. İstər “SOCAR Polymer”in iki böyük müəssisəsi, istər “SOCAR Karbamid” zavodu, istər “SOCAR Metanol” zavodu, istər Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ), istər “Azərkimya" istehsalat birliyi, istər TANAP, istər “Petkim”, istərsə də STAR neft emalı zavodu olsun, hamısı dünya səviyyəli ən müasir standartlara cavab verən sənaye obyektləridir. Bu cür obyektlərdə istehsal proseslərinin idarə edilməsi son dərəcədə mürəkkəbdir. Ona görə də həmin proseslər insan əməyi minimuma endirilərək maksimal dərəcədə rəqəmsallaşdırılır. NEZ özü modernləşdirildikdən sonra orada mövcud olan mürəkkəb proseslərin idarə edilməsini informasiya texnologiyalar öz üzərinə götürəcək. Bu, öz növbəsində, əmək məhsuldarlığını, onun nəticəsi kimi də gəlirliliyi artıracaq. Bu prosesin məntiqi davamı olaraq vergi daxilolmaları çoxalacaq və bu da iqtisadiyyatda yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Neft hasilatı sənayesində rəqəmsallaşmanın bu gün üçün kulminasiya nöqtəsi sayılacaq hadisələrdən biri Norveç sahillərindən 140 kilometr uzaqlıqda Şimal dənizində cəmi bir adamın idarə etdiyi hasilat platformasının istifadəyə verilməsini göstərmək olar. Cəmi 40 il əvvəl bu cür platformada 200 adam çalışırdı. Bu gün rəqəmsallaşma prosesləri keyfiyyətcə yeni səviyyəyə çatdıraraq, itkiləri azaldaraq istehsalı qənaətçil, prosesləri daha şəffaf, etibarlı edib. Eyni zamanda qərarların verilmə sürətini artırıb.
İtkilərin azaldılmasına dair konkret bir misal göstərmək istərdim: Azərbaycanda 2010 və 2018-ci illərdə əhali qrupu arasında qaz istehlakına nəzər salsaq, görərik ki, dövlət statistika komitəsinin məlumatına əsasən, həmin dövr ərzində əhali qrupunun sayının artmasına baxmayaraq, istehlak təxminən 20% azalıb. Burada söhbət faktiki olaraq itkilərin azaldılmasından və qaza qənaət edilməsindən gedir. Belə ki, 2,1 milyon abonetin 55%-i smart sayğaclarla təchiz edilib. Sayğaclaşma prosesi davam etdikcə qənaət edilən qazın həcmi də buna müvafiq olaraq artacaq”.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
8 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
9 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
11 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)












