FHN rəsmisi “Sədərək”in rəhbərini İTTİHAM ETDİ
““Sədərək” Ticarət Mərkəzində baş verən yanğının genişlənməsinə səbəb mağazalar arasında arakəsmələrin olmamasıdır”.
Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi Elnur Babayev bildirib.
“İri obyektlərdə avtomatik siqnalizasiya sistemi quraşdırılmalıdır”
E.Babayev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin prosedur qaydalarına uyğun olaraq layihə sənədlərinin razılaşdırılması vacibdir:
“Eləcə də obyektin tikintisi başa çatdırıldıqdan sonra tikintinin razılaşdırılmış formada tikildiyini təsdiq etmək üçün əraziyə baxış keçirilir və obyektin yanğın təhlükəsizliyinə davamlılığına dair akt tərtib edilir. Yanğına qarşı tələblər icra olunduğu təqdirdə sənəd müraciət edənə təqdim olunur.
Bugünkü yanğın hadisəsinin başlıca səbəbləri təhqiqatlardan sonra bəlli olacaq və hüquqi qiymət veriləcək.
Amma təcrübə göstərir ki, bu cür yanğın hadisələrinin əsas səbəbi elektrik qurğularının düzgün quraşdırılmaması, avtomatik yanğınxəbərverici siqnalizasiyanın tələb olunan bütün sahələri əhatə etməməsi, eləcə də siqnalizasiya qurğusunun avtomatik rejimdə çalışmamasıdır. Siqnalizasiyanın nazirliyin “112” xidmətini təmin edən Mərkəzi Monitorinq Xidmətinə qoşulması, eləcə də belə iri ticarət mərkəzlərində avomatik yanğınsöndürmə qurğularının quraşdırılması zəruridir.
Bu imkan verir ki, yanğın baş verən hissədə, istiliyin təsirindən avtomatik olaraq yanğınsöndürmə qurğusunun açarının dağılması nəticəsində su şırnağı vasitəsilə suyun səpələnməsi insan müdaxiləsi olmadan həyata keçirilsin. Bu qurğuların quraşdırılması normativ sənədlərdə öz əksini tapıb. Həmçinin satış mallarının təyinatına görə qruplaşdırılmaması, malların təxliyə yoluna yığılması ilə məhdudlaşdırılması, yanğının baş verəndən sonra söndürülməsinə, insanların təxliyəsinə maneədir. Şükürlər olsun ki, bugünkü hadisə səhər saatlarında baş verdiyindən insan tələfatı olmadı. Bu cür hallarda insan panikaya düşə bilir. Hadisənin tezdən qeydə alınması və insan sayının az olması, böyük tələfatın qarşısını aldı”.
“Ticarət Mərkəzinin yanğın xidmətinin fəaliyyəti yartmazdır”
FHN rəsmisinin sözlərinə görə, ticarət mərkəzinə məxsus yanğınsöndürə xidmətinin fəaliyyəti yarıtmaz səviyyədədir:
““Sədərək” Ticarət Mərkəzinə məxsus Yanğından Mühafizə Hissəsi var ki, onlar da 2 yanğınsödnürmə maşını ilə təchiz edilib. Bu yanğın bir daha göstərdi ki, həmin idarənin əməkdaşları qeyri-peşəkardırlar. Yanğın baş verdiyi an onların əməkdaşları müdaxilə etməli idilər. Qeyd edim ki, həmin idarənin FHN-lə əlaqəsi yoxdur”.
“Sədərək rəhbərliyi xəbərdarlığa məhəl qoymayıb”
E.Babayev qeyd edib ki, nazirlik tərəfindən dəfələrlə “Sədərək” Ticarət Mərkəzinə xəbərdarlıq olunub:
“2019-cu il ərzində bir neçə məktubumuz göndərilib. Hətta ticarət mərkəzində Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Yanğın Nəzarəti Xidmətilə birgə şərti yanğın təlimi də keçirilib. Mövcud nöqsanlar barədə aktlar tərtib olunaraq, yenidən rəsmi məktubla obyektin rəhbərliyinə müraciət edilib. Amma görünən odur ki, mövcud yanğınla bağlı dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, müsbətə doğru dəyişiklik qeydə alınmayıb. Eləcə də belə iri ticarət mərkəzlərində vacib və normativ sənədlərin tələbi olan odur ki, tikinti zamanı bina yanğına qarşı sədlərə bölünməlidir. Mağazalar bir-birindən arakəsmə sədlərlə, divarlarla ayrılmalıdır. Təəssüf ki, mağazaların böyük əksəriyyətinin divarları bitişikdir. Bu da yanğının tez bir zamanda yayılmasına təkan verir. Vacib olanı mağazalar yanğına qarşı arakəsmə divarla ayrılmalıdır ki, digər hissəyə keçməsin. Sədlər olduğu halda, 3 saat ərzində yanğının digər ərazilərə keçməsinin qarşısı alına bilər. Amma təəssüf ki, dəfələrlə edilən xəbərdalığa baxmayaraq, “Sədərək” Ticarət Mərkəzində müvafq tdbirlər həyata keçirilməyib”.
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
11 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
11 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
11 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
11 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
12 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
12 saat əvvəl
Biletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
13 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb


























