"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladı
"“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib".
Bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə ghörə, cəmiyyət hasilata başladığı ilk ildən mənfəətlə çalışır: “Bu qısa müddətdə Cəmiyyətimiz nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib. İxraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızılın ixracını həyata keçirib.
O qeyd edib ki, sevindirici haldır ki, bu göstəriciyə məhz “AzerGold” QSC-nin hesabına nail olunub: “İxrac edilən bu həcmin 60,3 min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilib. Beləliklə Cəmiyyətimiz ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb”.
Z. İbrahimov qeyd edib ki, ümumilikdə isə, “AzerGold” 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manata yaxın həcmdə vəsait cəlb edib: “Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 milyon manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
- 27 d. əvvəl
-
29 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti




















