Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İrandan Naxçıvana gedən maşınlara məhdudiyyət qoyulmayıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İrandan Naxçıvana gedən maşınlara məhdudiyyət qoyulmayıb"
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Naxçıvan Muxtar Respublikasına İran vasitəsilə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə KİV-lərdə gedən məlumat həqiqəti əks etdirmir".

 

Reklam_3_11

Bunu açıqlamasında Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi general-leytenant Abbas Xəlilov bildirib. 

 

Onun sözlərinə görə, bir neçə saat bundan əvvəl dövlət komissiyasının üzvlərinin, bir neçə qurum rəhbəri və yüksək vəzifəli şəxslərinin iştirakı ilə Astara və Biləsuvar buraxılış məntəqələrinə baxış keçirilib. Buraxılışın dayandırılması və sərhədin bağlanması ilə bağlı məlumat heç də həqiqəti əks etdirmir. Müəyyən məhdudlaşmalar var, vətəndaşlara izahedici və maarifləndirmə işinin aparılması nəticəsində sərhəddə intensivliyin azalması mövcuddur.

 

"Naxçıvan MR-lə bağlı isə ümumiyyətlə heç bir problem yoxdur. İstər Naxçıvana gedən yük maşınları, istərsə də sərnişin avtobusları və ya fərdi nəqliyyat vasitələrinin hərəkətinə nə İran, nə də Azərbaycan tərəfindən heç bir məhdudiyyət tətbiq olunmayıb. Bu məlumatlar həqiqətə uyğun deyil", - deyə o, əlavə edib.

 

©  "Qafqazinfo" 

24.02.2020 17:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19