Ötən il Mingəçevirdə 10 min ədəd ACER kompüteri istehsal edilib
Mingəçevir yüksək texnologiyalar parkının rezidenti olan "HTech Invest" şirkəti 2019-cu ildə 10.000 ədəd ACER kompüteri istehsal edərək satmışdır.
Bunu Marja-ya HTech Invest şirkətinin kommersiya direktoru Lətif Məhərrəmov bildirib.
Onun sözlərinə görə, bu günə kimi şirkətin istehsal etdiyi məhsullar yüz minlərlə ABŞ dolları məbləğində Özbəkistan, Tacikistan və Qırğızıstana ixrac edilib. Hal-hazırda isə, Tacikistan, Özbəkistan və Gürcüstandan daha 1000 ədəd kompüterə sifarişlər alınıb.
“Cari ildə biz artıq 4 dəfə zavodun məhsullarını ixrac etmişik, bu isə, Azərbaycanın IT məhsulların etibarlı istehsalçısı kimi artan nüfuzunun bariz göstəricisidir. Yaxın gələcək üçün bizim əsas hədəfimiz IT məhsullarının ixracını milyonlarla ABŞ dolları məbləğinə artırmaqdır”.
"HTech İnvest"də 40 nəfərə yaxın əməkdaş çalışır ki, onların da böyük əksəriyyəti Mingəçevir şəhərinin yerli sakinləridir. Şirkət bölgənin böyük vergi ödəyicisidir. 2019-cu ildə şirkət ölkə büdcəsinə 1.3 milyon manatdan çox maliyyə vəsaiti ödəmişdir.
HTech Invest, dünyanın aparıcı İT avadanlıq istehsalçılarından biri olan ACER-in dəstəyi ilə 2016-cı ildən etibarən Azərbaycanda stolüstü kompüter, nettop və monoblokların istehsalını həyata keçirir.
Yeri düşümşkən qeyd edək ki, 29 fevral 2020-ci il tarixində "Buta Palace" da biznes sahəsində milli “Azeri Business Award” mükafatının təqdimat mərasimi keçirilib. Həmin tədbirdə 2019-cu ilin nəticələrinə görə, HTech Invest “İlin IT şirkəti” nominasiyasında “Azeri Business Award” mükafatı ilə təltif edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
- 26 d. əvvəl
-
28 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti





















