Martın sonundan Bakı və Rostov arasında birbaşa hava əlaqəsi yaradılacaq
Rostov vilayətinin qubernatoru Vasili Qolubev martın 4-də Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
“Əməkdaşlığın inkişafı üçün böyük potensialımız var. Bunun əsasını liderlərimizin - Rusiya və Azərbaycan prezidentlərinin münasibətləri təşkil edir. Artıq Rostov vilayəti və Azərbaycan Respublikası arasında əməkdaşlığa dair saziş imzalanmağa hazırdır. İndi sənəd Rusiya Federasiyası Hökumətində razılaşdırılma prosedurundan keçir. Praktik müstəvidə biz də müəyyən addımlar atmışıq və yaxın gələcəkdə Rostov-Don ilə Bakını hava əlaqələri birləşdirəcək. Birbaşa aviareyslər həftədə iki dəfə nəzərdə tutulacaq və uçuşlara artıq bu ayın sonunda start veriləcək”, - deyə V.Qolubev görüşdə bildirib.
“Azərbaycanda Rusiya Federasiyası ilə tərəfdaşlığa böyük əhəmiyyət verilir. Bizi çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri bağlayır. Dünən Rostov vilayətinin sosial-iqtisadi inkişaf göstəriciləri açıqlandı. Açığını deyim ki, onlar təsir yaradır. Digər tərəfdən, münasibətlərimizdə - hər sahədə inkişaf üçün potensial var... Xüsusilə hər iki tərəfi qane etməyən ticarət dövriyyəsinin artırılması üçün səbəblər var. Bu gün imzalanacaq sazişlər, şübhəsiz ki, buna öz töhfəsini verəcək", - deyə M.Cabbarov qeyd edib.
İqtisadiyyat naziri əlaqələrin inkişafında hər iki tərəfin böyük marağını qeyd edib və birbaşa uçuşların təşkilinin bu qarşılıqlı marağı yalnız gücləndirəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, Rusiyanın "Azimut" aviaşirkəti 30 mart 2020-ci il tarixindən etibarən Rostov-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.
© İnterfax-Azərbaycan
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
8 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
-
- 29 d. əvvəl
- 41 d. əvvəl
- 41 d. əvvəl
-
9 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
14 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
15 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Ən çox oxunanlar
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib











.webp)











