"Neftin qiyməti uzun müddət belə olarsa, Azərbaycana 1 ildən sonra ciddi mənfi təsir göstərə bilər"
Dünya birjalarında neftin qiymətində baş verən ucuzlaşma Azərbaycan iqtisadiyyatına bir ildən sonra təsir edə bilər.
Bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov bildirib.
“Neftin qiymətinin düşməsi ölkə iqtisadiyyatına təsiri, bu proseslərin hansı istiqamətdə məcra edəcəyindən asılı olacaq. Əgər uzun müddət neftin qiyməti 30-35 dollar belə olarsa, Azərbaycan iqtisadiyyatına 1 ildən sonra ciddi mənfi təsir göstərə bilər. Bu müddətdən tez təsirlərin qarşısı alına bilər. Çünki ölkənin kifayət qədər qızıl ehtiyatları var. Bununla yanaşı uzun müddətdir ki, neft fondu büdcəsini artıqlaması ilə profsitlə başa vurur. Ona görə də kifayət valyuta rezervləri var. Fikrimcə, qısa müddətdə neftin 30-35 dollar olması, Azərbaycan iqtisadiyyatına ciddi problemlər yaratmayacaq. Yaxın həftələrdə qiymətlərin 40-45 dollar ətrafında sabitləşməsinin şahidi olacağıq. Bu da Azərbaycan iqtisadiyyatında təxminən 1,5-2 milyard valyuta daxil olmalarının azalması deməkdir. Bu da neft fondunun ehtiyatları və profsit hesabına rahatlıqla bağlana bilər. Ona görə, hesab edirəm ki, əgər düzgün makroiqtisadi siyasət reallaşdırılarsa, çətin ki, ölkə iqtisadiyyatına hansısa ciddi mənfi təsirlər olsun”, - deyə Elşad Məmmədov bildirib.
Ekspertin sözlərinə görə, dünya iqtisadiyyatında yeni dövrün başlanmasının şahidi oluruq: "O iqtisadiyyatlar ki, yeniliyə hazır olmayacaq, burada problemlər yaranacaq. Əbəs yerə deyil ki, dövlət başçısı qeyri-neft sektoruna daha çox investisiyalar yatırılması barədə konkret tapşırıqlar vermişdi".
Elşad Məmmədovun sözlərinə görə, bu məsələ ilə bağlı kifayət qədər adekvat yanaşma mövcuddur: “Təəssüf, bir sıra dövlət qurumlarımızın rəhbərlərində anlama prosesi baş verməyib ki, iqtisadi reallıqlar dəyişib. İqtisadi reallıqlar dəyişən zaman buna adekvat idarəetmə qurulmalıdır. Son illər Azərbaycanda qeyri-neft sektorunun ikişafına dəstək artırıldı. Dövlət başçısı tərəfindən bir sıra ciddi institusianal islahatlar reallaşdırıldı. İndi başlıca məqsəd dəyişən reallıqlarda adekvat pul kredit, adekvat investisiya siyasətinin həyata keçirilməsi olmalıdır”.
Millət vəkili Azər Badamov açıqlaması zamanı bildirib ki, neftin qiymətinin azalması ancaq investisiyaların cəlb edilməsində ciddi çətinliklər yarada bilər:
“Dövlət büdcəsində neftin bu ilki qiyməti 55 dollar olaraq nəzərdə tutulub. Hazırda bu məbləğ aşağı düşüb. Bu o demək deyil ki, Azərbaycan iqtisadiyyatında hər hansı problemli hal yaşanacaqdır. Böhranlı hallarla 2015-ci ildə rastlaşdıq və manat devalvasiyaya uğradı. Amma bundan sonra iqtisadiyyatın, qeyri-neft sektorunun möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Bu il Azərbaycan iqtisadiyyatı Azərbaycan manatının arxasında kifayət qədər qeyri-neft istehsalı dayanır. İxracımız kifayət qədər artıb. Neftin aşağı düşməsi müvəqqəti xarakter daşıyacaq”.
Xatırladaq ki, bir müddət öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı Azərbaycan neftinin hətta hər barrel üçün 30 dollardan da aşağı həddinə immunitet qazandığını bildirib.
Dövlət rəsmisinin sözlərinə görə, hökümət, biznes və əhali neftin qiymət oynamalarına qarşı institutsional və psixoloji baxımdan daha hazırlıqlıdır.
Vüsal Qasımlı bildirmişdi ki, hətta neftin 40-45 dollar qiymətində də cari hesablar balansının tarazlığını qoruya bilərik. Bu da həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlığın olmadığını göstərir.
2020-ci il dövlət büdcəsində neftin hər barreli 55 ABŞ dolları hesablanıb. Vüsal Qasımlı müsahibəsində əlavə etmişdi ki, proqnozdan əlavə yaranmış valyuta ehtiyatları bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər.
© “MediaPost”
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 4 saat əvvəl
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti






















