Bank VTB (Azərbaycan)-ın "Əmək haqqı" məhsulu - imkanlar və üstünlükləri açıqlandı
Son dövrlərdə nağdsız ödənişlərin həcminin sürətlə artması və əmək haqlarının plastik kartlara köçürülməsi ölkə iqtisadiyyatında müşahidə olunan aktual proseslərdir. Artan tələbatı nəzərə alaraq, banklar öz növbəsində korporativ müştərilərə əmək haqqı layihələri çərçivəsində bir sıra məhsul və xidmətlər təklif edir. Əmək haqqı layihəsi nədir, bu layihə şirkətə və onun əməkdaşlarına hansı imkanlar və üstünlüklər təklif edir – bütün bunlar bank VTB (Azərbaycan)-ın Bankdankənar satışlar şöbəsinin müdiri Orxan Məmmədovun müsahibəsində.
-Əmək haqqı layihəsi nədir və onun faydaları nədən ibarətdir?
-Əmək haqqı layihəsi Bank tərəfindən hüquqi şəxslər üçün xüsusi hazırlanmış və müəssisələrin əməkdaşlarına öz əmək haqlarını plastik kart vasitəsi ilə əldə etməyə imkanı verən məhsuldur.
Əmək haqqı layihəsinə qoşulmaqla həm müəssisə, həm də onun əməkdaşları bir çox müasir və faydalı imkanlar qazanır. Belə ki, müəssisə bu yolla böyük məbləğdə nağd pul kütləsinin daşınması – inkassasiya ilə bağlı xərclərini azaldır. Eyni zamanda, rəhbərlik əməyin məhsuldarlığını artırır, işçilərin bütün ödənişlərini daha operativ həyata keçirə bilir. Kartla ödəmələrdə həm də müəssisənin daxilində məxfilik asanlıqla təmin olunur.
-Bəs əməkdaşlar üçün bu kimi layihələrin hansı üstünlükləri var?
-VTB (Azərbaycan)-ın əmək haqqı layihəsinin müəssisənin əməkdaşları üçün də faydalı cəhəti genişdir. Məsələn, işçi günün istənilən vaxtı öz vəsaitini (məvacibini, mükafatını, məzuniyyət haqqını və s.) bankomatdan çıxara bilir. Pullar kartda olduğu üçün kart sahibi məvacibinin oğurlanması kimi təhlükədən azad olub, istədiyi qədər xərcləyir, qalan hissəsini kartda toplayıb özü ilə gəzdirə bilir. VTB Qrupun üzvü kimi, bankımızın kart sahibləri Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Belarusda bütün VTB bankomatlarından nağd vəsait çıxardıqda güzəştli tariflərdən istifadə edə bilər. Ölkəmizdə isə müştərilərimiz yerli Access Bank və Pasha Bank bankomatlarından da istifadə etdikdə komissiya ödəmir. Plastik kart sahibləri kommunal və digər ödənişləri bankomat vasitəsilə və internetdə onlayn kanallar vasitəsilə asanlıqla həyata keçirə bilir. Bunun üçün müştərilərimizə paralel olaraq sadə və rahat naviqasiyası olan Online VTB internet bankinq xidmətini təklif edirik ki, burada onlar istədikləri ödənişləri həyata keçirə bilirlər.
-Əmək haqqı layihəsinə qoşularkən, şirkət nəyə görə və nə qədər pul ödəyir?
-Əmək haqqı layihəsinə qoşulmaq pulsuzdur. Ödəniş bankın tariflərinə uyğun olaraq kartların buraxılması və xidməti üçün nəzərdə tutulub.
Əmək haqqı layihəsi çərçivəsində qiymət kartın sayından və kartlara köçürmənin aylıq məbləğdən asılıdır. Məsələn, 50-dək kart sifariş edən və ya əmək haqqı layihəsi üzrə aylıq dövriyyəsi 30 000 manata qədər olan müəssisə üçün bir kartın illik xidmət haqqı cəmi 5 AZN təşkil edir. Kart sifarişi daha çox və ya aylıq dövriyyəsi 30 000 manatdan yüksək olan şirkətlər üçün kartlara xidmət ümumiyyətlə pulsuzdur. Qeyd etmək istəyərdim ki, biz hər bir müştəriyə fərdi yanaşırıq və standart tariflər bəzi hallarda dəyişə bilər.
-Bank VTB (Azərbaycan) əmək haqqı layihəsi digər bankların təklif etdiyi əmək haqqı layihəsindən nə ilə fərqlənir?
-VTB (Azərbaycan)-ın Əmək haqqı layihəsi kart sahiblərinə bankın bir çox məhsulundan faydalanmaq imkanı verir. Belə ki, bizim əmək haqqı kartlarımızın kredit, depozit, debet kart funksiyaları mövcuddur. Kart sahibləri məvaciblərinin 50%-i qədər olan overdraftdan istifadə edə bilər. Bundan başqa, əmək haqqı kartları istifadəçiləri üçün güzəştli şərtlərlə nağd kreditlərin verilməsi də nəzərdə tutulub.
Digər tərəfdən kartdan depozit kartı kimi istifadə etmək mümkündür. Bank layihə iştirakçılarına minimal məbləğin saxlanılması şərti ilə illik 6%-dək gəlir əldə etmək imkanı verir. Kart sahibi pulunu hesabında saxlamaqla əlavə faiz gəliri əldə edə bilər. Yaxın vaxtlarda bankımızın təklif edəcəyi Cash Back xidməti sayəsində müştərinin bank kartı vasitəsi ilə xərclədiyi məbləğin bir hissəsi geri qayıdacaq və bununla da müştəri əhəmiyyətli dərəcədə qənaət etmiş olacaq.
Bankımızın kartları öz sahiblərinə müxtəlif xidmət və iaşə obyektlərində endirimlərdən də yararlanmaq imkanı verir. Əməkdaşlıq etdiyimiz çoxsaylı mağaza, restoran, sağlamlıq və idman mərkəzlərində VTB (Azərbaycan)-ın əmək haqqı kartını göstərməklə əhəmiyyətli endirimlər qazanmaq mümkündür. Ayrıca vurğulamaq istəyərdim ki, endirimdən yararlanmaq üçün ödəməni kartla etmək tələb olunmur. Yəni, endirim əldə etmək üçün kartı təqdim edib, amma ödənişi nağd şəkildə etmək də olar.
Bundan əlavə SMS-bildiriş, Card to Card və Cash by Code xidmətləri də müştərilərimizin ixtiyarındadır.
Gələcəkdə Əmək haqqı layihəsini daha da inkişaf etdirmək, endirim proqramlarının sayını artırmaq və bir sıra maraqlı və faydalı layihələr reallaşdırmaq niyyətindəyik.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























