“SOCAR-ın sosial gərginliyə yol açacağın gözləmirəm”
Koronavirus (COVİD-19) pandemiyasının yayılması dünyada iqtisadi aktivliyi zəiflətdi və nəticədə neftə qlobal tələbat kəskin şəkildə azalmağa başladı. Bundan başqa, mart ayında OPEC+ sazişinin əsas ölkələrindən olan Səudiyyə Ərəbistanı və Rusiya arasındakı uzlaşmama, “dempinq müharibəsi” dünya bazarlarında neftin qiymətinin rekord səviyyədə azalmasına səbəb oldu. Proqnozların da neftə tələbatın azalacağı yönündə olması ilə bir çox enerji şirkətləri bu il üçün xərclərini azaltmaq niyyətində olduqlarını elan etdilər.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, bazarı iki il ərzində tənzimləmək çox çətin olacaq və buna görə də enerji şirkətləri xərclərində kifayət qədər azalmalara yol verəcəklər. O qeyd edib ki, şirkətlər həm işçi qüvvəsinin, həm də kapital xərclərinin azaldılması, hasilatın optimallaşdırılması ilə bağlı addımlar atacaqlar: “Artıq ABŞ-ın şist neft yataqlarında bu azalmalar müşahidə olunur. Burada qazma aktivliyi aşağı düşüb. Həm də belə davam edərsə, artıq ABŞ-ın şist neft yataqlarında böyük işçi heyətinin ixtisarı müşahidə olunacaq. Bunu 2014-2015-ci illərdə də müşahidə etmişdik. Onda da ABŞ-da həm qazma aktivliyi aşağı düşmüşdü, həm hasilat həcmlərində azalmalar var idi. Ən əsası 350 min işçi heyət neft sənayesindən ayrılmaq məcburiyyətində qalmışdı. Yalnız 2016-cı ildən sonra bu mərhələ-mərhələ bərpa olunmağa başlandı”,- ekspert əlavə edib.
Bəs Azərbaycanda hansı addımlar atılacaq? Bu sahədə ixtisarlar gözlənilirmi?
Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) may ayında işçiləri kütləvi sürətdə ixtisar edəcəyinə dair məlumatlar yayılır. Şirkət bununla əlaqədar rəsmi qaydada bəyan edib ki, hazırda heç bir ixtisarla bağlı müzakirə aparılmır və işçilərin kütləvi surətdə ixtisara salınması gündəmdə deyil.
Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli açıqlamasında belə mürəkkəb və həssas zamanda SOCAR-ın belə addım atacağına inanmadığını deyib.
Onun sözlərinə görə şirkət bu günə kimi milli iqtisadiyyatda yeni iş yerlərinin yaradılmasına böyük töhfə verən qurumlardandır:
"İndiyədək şirkət “SOCAR Metanol”, “SOCAR Karbamid” zavodları istismara verilməklə, “SOCAR Polymer” və bu kimi digər layihələri həyata keçirməklə ölkədə məşğulluğun artırılımasına böyük töhfə verib. İşçilərin peşəkar bacarıqlarının davamlı təkmilləşdirilməsinə əhəmiyyətli sərmayə qoyan SOCAR-ın belə mürəkkəb və həssas bir zamanda kütləvi ixtisarlar edəcəyi inandırıcı deyil. Hətta iqtisadi cəhətdən əsas olacağı təqdirdə belə SOCAR-ın mövcud durumda bu işi sosial missiya kimi üzərinə götürəcəyini, kütləvi ixtisarlara əl atmayacağını gözləyirəm. Şirkətin milli iqtisadiyyat üçün önəmini nəzərə alsaq, bu addımın domino effekti yaradacağını və sosial gərginliyə yol açacağını ehtimal etmək olar”.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)







