Neftin qiyməti niyə mənfiyə düşdü?
"Aprelin 20-də ABŞ-ın Nyu-York şəhərindəki "Nyumex" əmtəə birjasında WTI markalı Qərbi Texas neftinin qiymətinin mənfiyə düşməsi iki səbəblə bağlıdır".
Bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.
"Birincisi, ötən gün səhər ABŞ-da birjalar açılanda qiymət 17,73 ABŞ dolları idi. Bu zaman xəbər yayıldı ki, ölkənin Oklohoma ştatında yerləşən, həm daxili, həm də xarici bazara neft ötürülən anbarlar dolub. Qısa müddətdə neftin qiyməti 10 ABŞ dollarına, sonra 5 ABŞ dollarına, bir qədər sonra isə Bakı vaxtı ilə saat 20:56-da, ABŞ vaxtı ilə isə saat 11:56-da 0 ABŞ dollarına düşdü. Tədricən isə qiymət mənfi oldu. Bu isə o deməkdir ki, satıcılar alıcılara hər barel neftə görə pul verirdilər. Dünya neft tarixində belə bir şey görünməyib.
İkinci səbəb isə odur ki, Səudiyyə Ərəbistanından hər birinin tutumu 1 milyon barel olan 20 tankerin ABŞ-a istiqamətlənməsi ilə bağlı xəbər yayıldı. Bu tankerlər gələn ayın ortalarında ABŞ-a çatmalıdır. Təbii ki, ABŞ neftlə aşıb-daşır, əlavə neftin gəlməsi xəbəri isə bazarda təzyiq yaratdı və qiymətlərə təsir etdi
Bundan əvvəl isə ABŞ-ın neft ehtiyatlarının artması ilə bağlı yerli Enerji Administrasiyasının hesabatları açıqlanıb. Bununla da dünyanın ən böyük neft istehlak edən ölkələrinin birində neft bazarının çökməsini və bunun ardınca günün ikinci yarısında ABŞ fond birjalarının bütün indekslərinin qırmızı xətlə aşağı düşməsinin müşahidə etdik”, - o deyib.
Ekspertin sözlərinə görə, ötən gün axşama doğru London əmtəə birjasında "Brent" markalı neftin də ucuzlaşması müşahidə olunub: “lk dəfə olaraq Rusiyanın “Urals” markalı nefti mənfi qiymətlərlə (-1,63 ABŞ dollarına alıcılara təklif edilib. Məlumdur ki, koronavirus (COVID-19) pandemiyasının təsiri ilə Avropa və Amerika bazarları karantin rejiminə keçib və istehlak daralıb, bu günə qədər də vəziyyət dəyişməyib. Avropada bir neçə ölkə karantin rejimini qismən yumşaltsa da, istehsal, hava nəqliyyatı ilə uçuşlar dayanıb və istehlak minimuma düşüb. Nəticə etibarı ilə bazarda neftin ucuz olmasından istifadə edən şirkətlər, ölkələr, neftayırma zavodları çoxlu neft alıblar. Yəni, onlar öz enerji ehtiyatlarını görüblər və bu ehtiyatlarda azalma olmayıb, odur ki, sonda neft bazarı çöküb. Bu da gözlənilən hal idi”.
İ.Şabanın fikrincə, Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələrin (OPEC+) aprelin 9-da gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı qəbul etdiyi qərar neftin bahalaşmasına səbəb olmayacaq: “Çünki, bu, 2016-cı ilin oktyabr ayının göstəricisidir. Reallıqda Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik hasilatın azaldılması 2,5 milyon bareldirsə, mart və yaxud aprel ayının göstəriciləri Rusiya üçün 1,8 milyon barel, Səudiyyə Ərəbistanı üçün isə 1,3 milyon barel olub. Yəni kağız üzərində neftin gündəlik hasilatının azaldılması 10 milyon bareldirsə, təcrübədə hamı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə belə, cəmi 6-7 milyon barel yığışdırılması deməkdir. Bu isə bazar üçün real nəticələr deyil. Çünki, aprel ayının yekunları üzrə bazarda gündəlik olaraq 29 milyon barel izafi neft mövcuddur. Bu qədər nefti alan yoxdur, ancaq istehsal davam edir. Təbii ki, neftin qiyməti düşməlidir. Burada heç bir siyasi qüvvənin, hər hansı qrup ölkələrin digər bir qrup ölkələrə qarşı birləşməsi halı görünmür. Bu, sırf olaraq təklifin tələbi dəfələrlə üstələməsi amilidir".
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
-
- 17 d. əvvəl
-
22 d. əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
28 d. əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
1 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
-
3 saat əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib



















.jpg)





