Əkinçiliyə keçdi, ziyana düşdü
Azərbacanın tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) tikinti işlərini dayandıraraq, əkinçilik təsərrüfatı ilə məşğul olmağa başlayıb.
Bunu açıqlamasında hazırda Saatlıda olan iş adamı özü bildirib.
İ.Nehrəmli də əkin sahələrində su çatışmazlığının olduğunu dilə gətirib:
“Burada iş adamı Hikmət İsmayılova məxsus 1590 hektarlıq ərazidə taxıl əkmişik, su olmadığından onun 500 hektarı yandı. Təkrar əkin aparmaq istədik, amma dövlət də təkrar əkinə görə subsidiya vermir. Bu il quraqlıq oldu, çaylar da quruyub, çox çətindir”.
İş adamı evdən çıxmaq üçün qanuni icazəsinin olduğunu deyib:
“Bu elə bir sahədir ki, işi dayandırmaq olmaz. Ölkənin ərzaq təhlükəsizliyi üçün taxıl əkini, biçinilə bağlı məhdudiyyət yoxdur. “Meliorasiya və Su Təsərrüfatı” ASC İcra Hakimiyyətilə birlikdə rayonun su probleminin həllinə çalışır. İşlər bu şəkildə davam edərsə, ümid edirik ki, növbəti il üçün rayonda su problemi aradan qalxacaq.
İ.Nehrəmli qeyd edib ki, “Rom-Alpinos süd və ət məhsulları” MMC tərəfindən 1590 hektarda taxıl, 65 hektarda pambıq əkilib.
“Təsərrüfatın 5 minə qədər qoyun-quzusu, 2500 hektarlıq örüş sahəsi var. Əkilən taxılın 1000 hektarı suvarılıb, amma 500 hektarı yanıb. Pambığın suvarılmasında problem olmayıb. Saatlıda Muğan kollektorunun üstündə “Lenin kanalı”na su gəlmir. Əslində ikinci əkin əkmək istəyirdik. Amma dövlət tərəfindən təkrar əkin üçün subsidiya verilmədiyindən əkin aparmadıq. Qarğıdalı əkini üçün isə subsidiya ümumiyyətlə verilmədiyindən onu da əkmədik. Əvvəl arpa üçün 50 manat, kübrə üçün cüzi subsidiya verilirdi. İndi kübrəni fermerin öz ixtiyarına buraxıblar və 160 manat verirlər. Bu isə kübrəni görmür. Kübrəni az səpəndə 350 manat xərcimiz çıxır, 200 manat da cibindən pul qoyub suvarmalısan ki, xeyir götürəsən. Fermer əkəndən sonra sahəni suvarmayanda hər hektarda 200 manat ziyana düşür. Yağış yağmadığından ot da çıxmayıb. Dövlət örüş sahələrini əkin sahəsinə çevirməlidir ki, gələcəkdə ərzaq problemimiz olmasın. Bağlı şəraitdə heyvan saxlamaq imkanları genişləndiyindən örüş sahələrinin əkin sahəsinə çevirilməsində problem olmayacaq. Nəzərə almaq lazımdır ki, heyvanlar çöldə gəzəndə müxtəlif xəstəliyə də yoluxurlar”.
©️ Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
























