Qar yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir zəif duman, gecə və axşam isə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 14-19°, yarımadanın bəzi yerlərində 22-24° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Gecə və səhər əsasən qərb rayonlarında, gündüz isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
18 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 58 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb


























