“Airbus” müflisləşə bilər
“Airbus” şirkəti son vaxtlar böyük zərərə uğrayıb və hazırda ləğv təhlükəsi ilə üzləşib.
“Bloomberg” xəbər verir ki, bu barədə şirkətin baş direktoru Gilyom Fauri əməkdaşlarına ünvanladığı məktubda bildirib.
“Biz nəğd pulları görünməmiş sürətlə axdarırıq və bu da şirkətimizin mövcudluğu üçün təhlükə yaradır. İndi biz nağd pul itkilərimizi azaltmaq, maliyyə tarazlığını bərpa etmək və nəticə olaraq taleyimizə nəzarəti yenidən ələ almaq üçün təcili addımlar atmalıyıq”, - məktubda qeyd edilir.
Hazırda koronavirus pandemiyası ilə bağlı hava kosmos sənayesini bürüyən böhran üzündən “Airbus” şirkətinin 15 milyard avro məbləğində maliyyə itkilərilə üzləşdiyi bildirilir. Cari ilin birinci rübündə 6,5 milyard avroluq məsrəf çəkən “Airbus” bundan əvvəl reaktiv təyyarələrinin istehsalını xeyli azaldacaqlarını açıqlamışdı. Belə ki, dar gövdəli “A320” tipli təyyarələrin istehsalı üçdə bir azaldılmaqla ayda 40 ədədə enli gövdəli “A350” tipli təyyarələrin istehsalı 40 faizədək azaldılmaqla 6 ədədə, “A330”lərin isə 40 faizdən artıq azaldılmaqla ayda iki ədədə endiriləcək.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























