Xalq Bank ilk rübün yekunlarını açıqladı
2020-ci ilin 31 mart tarixinə Xalq Bankın cəmi aktivləri 2 milyard 282 milyon manat təşkil etmişdir. Bankın yaydığı məlumata görə, bu isə ötən ilin birinci rübünün yekunu ilə müqayisədə 3,09% və ya 68,52 milyon manat daha artıqdır.
Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi isə 14,18% və ya 206,85 milyon manat artaraq 1 milyard 665 milyon manata çatır. Bankın depozit portfelinin həcmi 2020-ci ilin I rübünün sonuna 7,59% və ya 109,37 milyon manat artaraq 1,55 milyard manat təşkil etmişdir.
Faiz gəlirləri müvafiq dövrlə müqayisədə 0,22 milyon artaraq 27,567 milyon manat, faiz xərcləri isə 0,89 mln manat azalaraq 4,875 milyon manat, qeyri-faiz gəlirləri 5,105 milyon manat artaraq 7,88 milyon manat, qeyri-faiz xərcləri kiçik artımla 11,52 milyon manat təşkil etmişdir. Beləliklə, ilin ilk rübü ərzində Bank 9,04 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricidən 25,6% yüksəkdir.
Bankın 1 aprel 2020-ci il tarixinə cəmi kapitalı 421 milyon manat təşkil etmişdir.
Azərbaycanın ən böyük özəl banklarından biri olan Xalq Bank Moody’s Investors Service beynəlxalq reytinq agentliyinin reytinqlərinə malikdir. Bank 9 paytaxt, 21 bölgə filialı vasitəsi ilə ölkədə bank xidmətləri göstərir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
-
2 saat əvvəl
"Alatava - Avtonəqliyyat" QSC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
2 saat əvvəl
Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
-
2 saat əvvəl
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
Kaya Kallas Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək
NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib
"Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb"






.jpg)
.jpg)




.jpg)










