8 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "PAŞA Bank", "Xalq Bank", "Bank of Baku", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və İran Milli Bankının Bakı filialıdır.
Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsində ümumilikdə 24,967 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxından ən yüksək göstərici "Kapital Bank"da (19,01 milyon manat), ən aşağı göstərici isə İran bankında (6 min manat) qeydə alınıb.
Qalan 20 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 5-si rübü zərərlə başa vurmuş Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "AGBank", "Muğan Bank" və "Yelo Bank"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.
2 bankın mənfəət vergisi ödəmələri artıb
Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-i bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 2-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Kapital Bank" və "Xalq Bank"dır.
Qalan 6 bankdan 2-nin - "Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azərbaycan"ın isə mənfəət vergisi ödəmələri azalıb, 3 bank - "PAŞA Bank", "Bank of Baku" və "Express Bank" bu ilin I rübündə mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib, 1 bank - İran Milli Bankının Bakı filial isə bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə qənəat edib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Bu ilin I rübündə mənfəət vergisi ödəməmiş 20 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
19 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)






