Avro daha da bahalaşa bilər
Beynəlxalq valyuta birjalarında bu həftə də avro və funtun bahalaşması fonunda dollara olan tələbin azalması diqqət mərkəzində olacaqdır.EUR
Avrozonada iqtisadiyyatın yenidən canlanacağı və Avropa Birliyi Komissiyasının təklif etdiyi 750 milyard avroluq iqtisadi inkişaf proqramının qəbul olunmasına dair gözləntilərin artması, həm gərginləşən ABŞ-Çin münasibətlərinin qlobal iqtisadiyyata mənfi təsirləri ehtimallarını kölgədə qoyub, həm də avronun bahalaşmasına səbəb olub. Təhlillərə əsasən, EUR/USD məzənnəsində bahalaşma 1.13$-a kimi davam edə bilər.
Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 18:00-da ABŞ-ın sənaye sektoru və cümə günü saat 16:30-da əmək bazarı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır.
Avropa Mərkəzi Bank sədrinin cümə axşamı saat 16:30-da baş tutacaq mətbuat konfransında çıxışı da önəmli rol oynayacaqdır.
GBP
GBP/USD məzənnəsində də bahalaşma davam edir və 1.26$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Breksit iqtisadi sazişi fonunda İngiltərə höküməti ilə Avropa Birliyi arasında danışıqlar da investorların diqqət mərkəzində olmaqla yanaşı, bazar ertəsi sənaye, çərşənbə günü xidmət və cümə axşamı tikinti sektorlarına dair yayımlanacaq fundamental göstəricilərin də məzənnəyə güclü təsiri olacağı gözlənilir.
TRY
USD/TRY məzənnəsi son bir həftənin maksimum səviyyələrində ticarət edilməkdədir. Lirə 6.84TL-nin qırılması ilə 6.97TL-yə kimi də ucuzlaşa bilər.
Çərşənbə günü saat 11:00-da açıqlanacaq Türkiyənin inflyasiyaya dair önəmli göstəriciləri də böyük maraqla gözlənilməkdədir.
OIL
Dünya iqtisadiyyatında neftə olan tələbin güclənəcəyi ehtimallarının artması, Brent neftinin dəyər qazanmasına səbəb olur. Təhlillərə əsasən, bir barelin qiyməti 38$-ın üzərində möhkəmlənəcəyi təqdirdə, 46$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
GOLD
Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar birjalarında qızılın dəyər qazanmasına səbəb olur. Beləliklə, bir unsiya üzrə qiymət 1740$-ın (56 $/qram) üzərində qaldıqca, 1765$-a (56.8 $/qram) kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
12 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 28 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır



















