Rabitəbank-ın aktivləri 1 milyard manata yaxınlaşıb
“Rabitəbank” ASC 2019-cu il üçün audit hesabatını açıqlayıb. Bankın audit hesabatı beynəlxalq auditor şirkəti “KPMG” tərəfindən hazırlanıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, beynəlxalq auditorun hesabatına görə, ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurmuşdur.
Audit hesabatına əsasən, 2019-cu ilin sonuna bankın aktivləri 728 milyon manat həcmində olub.
Bankın aktivləri 2020-ci ilin 31 may tarixində 934 milyon manat təşkil edib.
Hesabatda qeyd edilir ki, bankın kredit portfeli 2019-cu il ərzində 25.6% artaraq 352 milyon manat təşkil etmişdir. Bankın Nizamnamə kapitalı 102 milyon manat həcmindədir.
Gəlir xərc hesabatına əsasən bu dövr ərzində “Rabitəbank”ın xalis faiz gəlirləri əvvəlki il ilə müqayisədə 35% artaraq 38 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 21% artaraq 5 milyon manat təşkil etmişdir. Cəmi əməliyyat gəliri 29% artaraq 46 milyon manata, mənfəət isə əvvəlki illə müqayisədə 26% artaraq 15 milyon manata çatmışdır.
Bankın maliyyə dayanıqlığını nümayiş etdirən göstəricilərdən biri olan ani likvidlik əmsalı audit hesabatına əsasən Mərkəzi Bank tərəfindən tələb olunan “minimum 30%” normasından üç dəfədən çox olaraq 97%, kapital adekvatlığı isə Mərkəzi Bank tərəfindən tələb olunan “minimum 12%” normasından da 3 dəfədən çox olaraq 31,54% təşkil etmişdir.
Ölkənin ilk kommersiya banklarından biri olan “Rabitəbank” 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.
Həmçinin oxu
“Rabitəbank” məcmu kapitalı barədə açıqlama yaydı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)

