Azərbaycan ilə İtaliya investisiya təkliflərini nəzərdən keçirib
Dövlət başçısının cari ilin fevral ayında İtaliya səfəri zamanı qarşıya qoyulmuş hədəflərin, imzalanmış sənədlərin icra vəziyyətinin müzakirəsi məqsədilə Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət katibi Manlio Di Stefanonun iştirakı ilə videokonfrans keçirilib.
Nazirliyin yaydığı məlumata görə, videokonfransda Azərbaycanın Xarici İşlər, İqtisadiyyat nazirlikləri, SOCAR, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Dövlət Neft Fondunun, İtaliya tərəfdən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və bir neçə şirkətin nümayəndələri də iştirak edib.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, o cümlədən investisiya əməkdaşlığının genişləndirilməsi məqsədilə təkliflər nəzərdən keçirilib. Səfər çərçivəsində “Ansaldo Energia”, “Snam S.p.A”, Cassa Depositi Prestiti SpA, “Leonardo, “IMA” şirkətiləri, İtaliya Ticarət Agentliyi (ICE) və “Simest” ilə imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər müzakirə edilib. Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında işlərin sürətləndirilməsi tövsiyə edilib. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında qarşılıqlı sərmayələrin qorunması və təşviqi haqqında Saziş” və “Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İtaliyanın Guardia di Finanza arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihələrinin qısa vaxtda razılaşdırılmasının vacibliyi qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 27 d. əvvəl
-
30 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
-
3 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























