Energetika Nazirliyi “McKinsey&Company” şirkəti ilə müqavilə imzaladı
Azərbaycanda qaz təchizatı sisteminin diaqnostikası aparılacaqEnergetika Nazirliyi ilə dünyanın aparıcı konsaltinq şirkətlərindən hesab olunan “McKinsey&Company” şirkəti arasında ölkənin qaz təchizatı sisteminin müfəssəl diqanostikasının aparılmasına dair müqavilə imzalanıb.
Energetika Nazirliyiyindən Marja-ya daxil olmuş məlumata görə, müqaviləyə əsasən şirkət Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanmasında məsləhətçi xidmətləri göstərəcək.
Diaqnostikanın nəticələri Energetika Nazirliyi tərəfindən qaz təchizatı sistemində itkilərin qarşısının alınması, ölkədə istehlak olunan təbii qazın sərfiyyatının ölçülməsinin dəqiqliyinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi ilə bağlı müfəssəl təkliflərin formalaşdırılması üçün istifadə ediləcək. Həmçinin bu nəticələr əsasında qaz təchizatı sahəsində bazar münasibətlərinə mərhələli keçid, investisiyaların effektivliyinin artırılması və normativ-hüquqi bazanın müasirləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. İslahatların aparılması üçün zəruri hesab edilən qanunvericilik təşəbbüslərinin isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinə daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkədə qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























