"1-ci yarımildə tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil"
Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin 1-ci yarının yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağını istinsa etmir.
Mərkəzi Bankdan Marja-ya bildirilib ki, tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş OPEK+ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlamışdır. İyunun ötən dövründə brent neftinin orta qiyməti 40 dollar olmuşdur ki, bu da mayın orta qiymətindən (32.5 dollar) 23%, aprelin orta qiymətindən isə (27.1 dollar) 48% yüksəkdir.
"Cari ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalsa da xarici ticarət balansı profisitli qalmışdır. İdxalda azalma meyilləri xarici balansa tarazlaşdırıcı təsir göstərir. Qeyd olunanları nəzərə almaqla I yarımilliyin yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil",- Mərkəzi Bankdan bildirilir.
Xəbər verdiyimiz kimi, 2020-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.5 dəfə azalaraq 646.3 milyon dollar təşkil etmişdir. Neft-qaz sektoru üzrə CƏB profisiti ö.i.m.d.n. 19.2% (0.6 milyard dollar) azalaraq 2.4 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 28.4% (0.4 milyard dollar) artaraq 1.8 milyard dollar məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübündə Azərbaycanının tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranıb. Halbuki, 2019-ci ilin 1-ci rübündə tədiyyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 18 d. əvvəl
-
22 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
36 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"


















