“Günay Sığorta” yol hərəkəti təhlükəsizliyini təmin edən polislərə təşəkkür etdi
(®️) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bu il Azərbaycan polisinin yaranmasının 102-ci ildönümüdür. “Günay Sığorta” şirkəti Polis Günü münasibətilə şimal bölgəsi istiqamətində xidmət göstərən polis əməkdaşlarına “Təşəkkürnamə”, avtomobil üçün soyuducular və müxtəlif hədiyyələr təqdim edib.
Yol hərəkəti qaydalarının pozulması yol nəqliyyat hadisələri qurbanlarının sayının artmağına səbəb olar. Bu gün yol hərəkətini onlarsız təsəvvür etmək mümkün deyil. #OnlarVarDeyə layihəsinin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin qorunmasında əvəzsiz xidməti olan polis əməkdaşlarına təşəkkür mesajının çatdırılmasıdır.
Həmçinin indi Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədədirlər. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir.
Korporativ Sosial Məsuliyyət siyasəti ilə seçilən “Günay Sığorta” şirkəti tərəfindən davamlı olaraq sosial layihələr icra ediləcəkdir.
"Polis günü" münasibətilə bütün polisləri təbrik edir, dövlətimizin və millətimiz üçün önəmli işlərində nailiyyətlər arzu edirik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























