Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera ilə Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov arasında videokonfrans keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Zaur Məmmədov Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri, bu sahədə görülən işlər və həyata keçirilən cari layihələr barədə danışıb. Bildirib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, müvafiq qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Z.Məmmədov Azərbaycanda bərpa olunan enerji layihələri üzrə hərracların keçirilməsinə hazırlıq işlərinin aparıldığını da qeyd edib.
İRENA-nın baş direktoru Francesco La Camera təmsil etdiyi beynəlxalq qurumla Azərbaycan arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edərək, az karbonlu enerji keçidini sürətləndirmək və davamlı inkişafa nail olmaq üçün IRENA-nın Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə tərəfdaşlıq etdiyi haqqında məlumat verib və bu əməkdaşlıq çərçivəsində Azərbaycanla əlaqələrin genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb.
Videokonfrans zamanı Azərbaycanda bioenerji xəritəsinin hazırlanması, hərraclar üçün külək enerjisi üzrə ölçü müşahidə işlərinin aparılması və külək göstəricilərinə dair dünyada qəbul olunmuş standartlara uyğun məlumatların toplanması istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib. Birgə layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparan və qarşıda duran məsələləri müzakirə edən tərəflər iki qurum arasında əməkdaşlıq əlaqələrinin yüksək qiymətləndirildiyini və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inandıqlarını ifadə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























