Bakıdakı parklanma qiymətləri üçün araşdırma başlayır - 2 MİLYON MANATLIQ MÜQAVİLƏ
Bakı Nəqliyyat Agentliyi auditə 2 milyon manat xərcləyəcək. 2 milyon manatlıq xidməti göstərəcək şirkət bu il yaradılıb.Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması planlaşdırılır.
Marja xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi Publik Hüquqi Şəxs bu məqsədlə elan etdiyi müsabiqəyə yekun vurub. Qalib şirkət “Alpina Parking Consulting” MMC-dir.
Bakı Nəqliyyat Agentliyi “Alpina Parking Consulting” ilə məbləği 2 milyon 124 min manat olan müqavilə bağlayıb. Müqavilə Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidmətinin satın alınmasını nəzərdə tutur.
Əlavə edək ki, “Alpina Parking Consulting” MMC 2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
3 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























