Expressbank maliyyə monitorinqi proseslərini avtomatlaşdırıb
(®️) “Expressbank” ASC cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin yüksəldilməsi məqsədi ilə «РДТЕХ» şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində, FİCO TONBELLER şirkətinin həllər bazasında yaradılmış Siron@AML avtomatlaşdırılmış sistemin tətbiqi layihəsini yekunlaşdırıb.
Layihə çərçivəsində bankın informasiya sistemlərindən məlumatların yüklənməsi, onların daxili bank sisteminə inteqrasiyası, müvafiq yoxlamalar üzrə biznes-ssenarinin hazırlanması və sınaqdan keçirilməsi işləri tamamlanıb, bank əməkdaşları üçün Siron@AML sistemində işləyə bilməsi məqsədi ilə uğurlu təlimlər keçirilib. Xarici və yerli kontragentlər tərəfindən beynəlxalq səviyyədə tanınan sistem artıq müvəffəqiyyətlə istifadəyə verilib və banka qeyri-adi və şübhəli müştəri əməliyyatlarının avtomatlaşdırılmış ssenarilər vasitəsilə müəyyən edilməsi imkanını yaradır.
Bankın Maliyyə əməliyyatlarının monitorinqi şöbəsinin əməkdaşları həm mövcud, həm də gələcəkdə qüvvəyə minəcək qanunvericilik tələblərinə əsasən müstəqil şəkildə Siron@AML modulunda dəyişikliklər etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın və terrorizmin maliyyələşdirilməsi kimi halları daha operativ qaydada aşkarlayıb müvafiq tədbirlər görə biləcəklər.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)


