Azercell-dən növbəti keyfiyyət göstəricisi
Şirkət Keyfiyyətin İdarə Olunması və Müştəri Məmnuniyyətinin Yüksəldilməsi üzrə beynəxalq sertifikat qazanıb.(®️) “Azercell Telekom” MMC ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunu sübut edən növbəti beynəlxalq qiymətləndirmədən keçib. Şirkət ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə daha bir sertifikatını əldə edib.
Sertifikatın alınması üçün Azercell şirkəti bu il mart ayının 16-da başlayan beynəlxalq standarta uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.
ISO 10002:2018 sertifikatının əldə olunması “Azercell Telekom” MMC tərəfindən müştərilərlə aparılan işin səviyyəsini göstərir. Bu beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin, şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir.
Hesab olunur ki, şikayətlərlə iş prosesinin təhlili sonradan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edir. Odur ki, audit zamanı müştəri məmnuniyyətinin yüksəldilməsi, şikayətlərə vaxtında və məzmunlu cavab verilməsi, daxil olan iradların hamısının nəzərdən keçirilməsi, müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi kimi amillər nəzərə alınır. Həmçinin, şirkət heyəti üzvlərinə müştərilərlə iş üzrə xüsusi təlimlərin keçirilməsi, prosesin effektivliyinin artırılması məqsədilə zəruri analizlərin aparılması və bu addımların məhsuldarlığa hansı dərəcədə təsir göstərilməsi qiymətləndirilib.
Müasir texnologiyaların və biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən Azercell hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. Azercell-in istifadəyə verdiyi “Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, Azercell Telekom ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.
Müştərilərin xəbərləri
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
- 3 saat əvvəl
-
3 saat əvvəl
2 ay ərzində Azərbaycana 26,5 milyon dollar valyuta gəliri təmin edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
Martın 19-da gözlənilən hava şəraiti
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Rəsmi məzənnələr açıqlandı
İlham Əliyevlə Almaniya Kansleri arasında telefon danışığı olub
Əli Laricaninin öldürüldüyü İran hakimiyyəti tərəfindən təsdiqlənib
Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
FAB 2026-cı ilin rənglərini elan edib
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
















