Elman Rüstəmov son günlər belə bir qənaətə gəlib
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov belə bir qənaətə gəlib ki, maliyyə xidmətlərindən, o cümlədən bank xidmətlərindən istifadə edən vətəndaşları və biznesi aldadanlara cinayət işi açılmalıdır. O cümlədən fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbirini pozaraq əmanət qəbul edən bankın rəhbərliyi ciddi cəzalandırılmalıdır.
Marjanın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Elman Rüstəmov deyib:
“Mən son günlərdə belə bir qənaətə gəlmişəm ki, - Cinayət Məcəlləsində dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, saxtakarlıq üzrə kifayət qədər maddələr var. Bu maddələri bir daha konkretləşdirmək lazımdır, o cümlədən maliyyə xidmətlərinin istehlakçılarına, onlara yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. Biz bank ictimaiyyəti ilə və aidiyyati qurumlar ilə məsləhətləşmələr aparacağıq və güman edirəm ki, bu məsləhətləşmələrdən sonra belə bir təşəbbüslə (qanunvericiliyə dəyişiklik təşəbbüsü - red) çıxış etmək fikirimiz var. Biz hesab edirik ki, əhalinin və biznesin mənafeləri bank xidmətlərindən, maliyyə xidmətlərindən istifadə zamanı tam şəkildə qorunmalıdır. Həm qanunvericilik çərçivəsində, həm də nəzarət çərçivəsində”.
Sədr qeyd edib ki, banklarda audit məsələlərinin gücləndirilməsinə diqqət ediləcək: "Bankların daxili nəzarət sistemlərini, daxili və xarici audit məsələlərini gücləndirmək istəyirik , çoxtərəfli yaxşı koordinasiya olunmuş nəzarət sistemi qoyulacaq. AMB-nin bu məsələlərə diqqəti artıb. Bundan sonra da bu məsələləri operativ izləyəcəyik. Maliyyə vəziyyətində problem olan banklarda bu, tez-tez baş verə bilər, xüsusi olaraq, risk qruplarını müəyyənləşdirəcəyik ki, bunlar kimlərdir?”
Qeyd edək ki, fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbirinə (qadağa və ya məhdudiyyət) baxmayaraq AtaBank, AG Bank və NBC Bank tərəfindən pozuntuya yol verilərək həmin dövrdə müddətli əmanətlərin qəbulu aparılmışdır.
“Hesab edirəm ki, əhalinin burda heç bir günahı yoxdur. Bank menecerləri, bank sahibləri əhalini aldatmışdır, günahkar da onlardır.”,- Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, lisenziyası ləğv edilmiş banklar əhali ilə bağladıqları müqavilələrdə əmanəti qorunan, hesabatlarda isə qorunmayan əmanət kimi göstəriblər.
Əmanətlərin Sığortalanması Fondu fiziki şəxslərdən müddətli depozitlərin qəbulunun dayandırılması ilə bağlı tətbiq olunmuş təshih tədbiri dövründə qəbul edilmiş əmanətlərə blok qoyub, əmanətçilərə kompensasiya ödənilməyib. Məsələ barədə yekun qərarı Konstitusiya məhkəməsi verəcəkdir.
MƏSƏLƏNİN ƏHALİNİN XEYRİNƏ HƏLL OLUNACAĞI GÖZLƏNİLİR
“Hökumət tərəfindən də Konstitusiya Məhkəməsinə müraciət olunub. Məhkəmə oldu və Mərkəzi Banka da, ADİF-ə də müraciət edildi. Biz təbii ki, müraciətə əhalinin mənafeyini qoruyan ətraflı rəylə cavab verdik. Biz Konstitusiya Məhkəməsi qarşısında ekspert kimi də, bu istiqamətdə nəzarət göstərən orqanlar kimi də bildirdik ki, biz düşünürük ki, əhalinin hüquqları bərpa olunmalıdır. Konstitusiya Məhkəməsi ilə daim kontaktdayıq. Hazırda daxili prosedurlar gedir. Prosedur 1 həftə -10 gün çəkə bilər. Biz çox pozitiv və nikbin qərara ümid edirik. Sadəcə, əhaliyə müraciət etmək istəyirəm ki, təmkinli olmaq lazımdır. Təbii ki, onlar narahatdırlar, biz onların narahatlığını başa düşürük. Artıq prosesin sonundayıq. Məhkəmə artıq olub. Biz əminik ki, bu yaxınlarda pozitiv qərarla tanış olacağıq və bundan sonra çox qısa müddətdə bu insanların da - təxminən 1300 nəfərdən çox insanın 62 milyon manatlıq öz əmanətlərinə çıxış imkanını təmin edəcəyimizə inanıram”,- Elman Rüstəmob bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
3 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
3 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
4 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)








.jpg)








