“İcraçı Kredit Agentliyi”nin aktivləri 5% azalıb
“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 2,372 mln. manat təşkil edib.
BOKT-un maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9% azdır.
“İcraçı Kredit Agentliyi”nin aktivlərinin 92,9%-ni və yaxud 2,203 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il BOKT-un kredit portfeli 6,7% kiçilib.
Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin cəmi öhdəlikləri 71,7% azalaraq 52 min manat, cəmi kapitalı 0,4% artaraq 2,32 mln. manat olub. Əvəzində BOKT-un nizamnamə kapitalı 2,8% azalaraq 106 min manata düşüb. Buna səbəb kredit təşkilatının hüquqi şəxs olan təsisçilərindən birinin vəsaitini geri çəkməsidir.
2016-cı ildə “İcraçı Kredit Agentliyi”nin faiz gəlirləri 250 min manat (2015-ci ilə nisbətən 30,6% az), qeyri-faiz gəlirləri 92 min manat (2,8 dəfə çox), xərcləri isə 466 min manat (32,6% az) təşkil edib. Son nəticədə, BOKT-un xalis əməliyyat zərəri 124 min manat olub.
“İcraçı Kredit Agentliyi” verdiyi kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 139 min manat qənaət edib, 4 min manat isə mənfəət vergisi (15 dəfə az) ödəyib. Bununla da BOKT ötən ili 12 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə təxminən 92% azdır.
Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb, aqrar sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edib. Hazırda isə BOKT Nazirliklə məhkəmə çəkişməsindədir. Buna səbəb dövlət büdcəsindən kredit ittifaqlarına ayrılmış vəsatin vaxtında geri qaytarılmamasıdır.
“İcraçı Kredit Agentliyi”nin təsisçiləri 58,85% payla 12 fiziki şəxs, 40,96% payla 10 kredit ittifaqı və 0,19% payla Azərbaycan Kredit İttifaqları Assosiasiyasıdır (AKİA). 2015-ci ilin yekununda fiziki şəxslərin payı 57,24%, hüquqi şəxslərin payı 42,58%, AKİA-nın payı isə 0,18% olub.
© Report
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
İyulun 3-də gözlənilən hava şəraiti
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
"Sea Breeze"də "Caspian Motor Show 2026"keçirilib - FOTOLAR
Ən çox oxunanlar
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı kəskin azalıb
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Azərbaycan neftinin son qiyməti
“Azərpambıq”ın ixracı 71% artıb


















