Bu ay “Qarabağ” birgə əməliyyat şirkəti fəaliyyətə başlayacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin “Equinor” şirkətinin “Qarabağ” yatağının işlənməsini həyata keçirmək üçün birgə əməliyyat şirkəti bu ay fəaliyyətə başlayacaq.
Bunu bu gün Bakı Dərin Özüllər Zavodunda "Qarabağ" əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov bildirib:
“Birgə əməliyyat şirkəti yaradılana qədər aralıq müddət var idi. Aralıq müddətdə SOCAR-ın və “Equinor” şirkətinin öhdəlikləri ayrı idi. “Equinor” şirkətinin öhdəlikləri qiymətləndirmə quyusunu qazmaq və yatağın ehtiyatlarını dəqiqləşdirmək idi. SOCAR-ın öhdəliyi isə dayaq blokunun, üst tikililərin inşası, yatağın işlənmə proqramının hazırlanmasıdır. Hazırda fəaliyyət göstərən “Qarabağ əməliyyat şirkəti həmin öhdəliklərin icrası ilə məşğuldur”.
Onun sözlərinə görə, “Qarabağ” birgə əməliyyat şirkəti Hollandiyada qeydiyyatdan keçib, yaxın günlərdə Azərbaycanda filialı yaradılacaq.
Baş direktor birgə əməliyyat şirkətinin icraçı direktorunun 3 ildən bir dəyişəcəyini, birinci 3 il müddətində əməliyyat şirkətinin icraçı direktorunun SOCAR-ın nümayəndəsi olacağını qeyd edib.
Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50% paya malikdir.
Bu ilin mart ayında “Qarabağ” yatağının kəşfi təsdiqlənib. Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.
“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq
Tahir Dadaşov bildirib ki, “Qarabağ” yatağının dayaq bloku bu ayın sonu, ən gec isə sentyabrın ilk günlərində dənizə yola salınacaq.
“Artıq dayaq blokunun barjın üzərinə yerləşdirilməsi (sürüşdürmə üsulu ilə) prosesi başlayıb. Bu proses ideal hava şəraitində ən azı 48 saata həyata keçirilir. Dayaq bloku barjın üzərinə yerləşdirildikdən sonra orada bərkitmə, nəqliyyata hazırlıq işləri görülür. Bu işlər 2-3 həftəyə həyata keçirilir. Amma hər şey hava şəraitindən asılıdır”, - o qeyd edib.
Onun sözlərinə görə, dayaq blokunun dənizdə quraşdırılması işləri isə 280 gün davam edəcək. Baş direktor bu işlərin ən tez gələn ilin I rübündə yekunlaşacağını bildirib.
Qeyd edək ki,ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasına başlanması mərasimində iştirak edib.
“Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.
Blokun tikintisi iki il müddətinə başa çatıb. Blokun hazırlanmasına 3.200.000 adam/saat sərf olunub. “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
34 d. əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















