Azərbaycan xaricdən ətir və tualet suyu alışını artırıb
2020-ci ilin 1-ci yarısında Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 14,9% artıb, dəyər ifadəsində 10,4% azalıb. Bu barədə hökumətdən məlumat verilib.
“Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 719 ton, dəyəri 7 milyon 930 min dollar təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-iyun aylarında Fransadan 2 milyon 577 min dollar dəyərində 33,43 ton (miqdar ifadəsində azalma 18,6%, dəyər ifadəsində azalma 26,4%) ətir və tualet suyu idxal edilib.
Bundan başqa, iri tədarükçülər sırasına Rusiya (1 milyon 78,55 min dollar dəyərində 159,57 ton), İspaniya (588 min dollar dəyərində 17,77 ton), Çin (583 min dollar dəyərində 260,7 ton), İtaliya (665,22 min dollar dəyərində 10,27 ton), Türkiyə (699,45 min dollar dəyərində 105,31 ton), Polşa (679,16 min dollar dəyərində 59,4 ton), BƏƏ (344,16 min dollar dəyərində 27,8 ton) və Böyük Britaniya (290,93 min dollar dəyərində 2,13 ton) daxildir.
Digər tədarükçülərin siyahısına Belarus, Ukrayna, Almaniya, ABŞ, Bəhreyn, Çexiya, Avstriya, Hindistan, İran və İsveç də daxil olub.
2019-cu ildə Azərbaycana 18 milyon 850 min dollar dəyərində 1 min 637 ton, o cümlədən Fransadan 7 milyon 99 min dollar dəyərində 96 ton ətir və tualet suyu idxal edilib.
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
8 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 25 d. əvvəl
-
30 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 31 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı



















