BMT: Pandemiya turizmdə 1,2 trilyon dollar gəlir itkisinə səbəb ola bilər

Birləşmiş Millətlər Təşkilatı (BMT) turizmdə gəlir itkisinin yeni növ koronavirus pandemiyası səbəbilə 1,2 trilyon dollara çata biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, Təşkilat 120 milyon nəfərin işini itirmək riskilə qarşı-qarşıya olduğu xəbərdarlığını edib.
Təşklatın Baş katibi Antonio Guterres, Kovid-19-un dünyanın ən mühüm iqtisadi sektorlarından biri olan turizmə təsirlərinə bağlı hesabatını açıqlayıb.
Turizmin hər 10 nəfərdən 1-nə məşğulluq təmin etdiyinə, ancaq epidemiyanın turizm sektorunu da vurduğuna diqqəti çəkən Guterres, ''2020-nin ilk beş ayında beynəlxalq turist girişləri yarıdan çox azaldı və turizmdən əldə edilən ixrac gəlirlərində 320 milyard dollarlıq bir itkin yaşandı'' deyib.
Turizmdə gəlir itkisinin 1,2 trilyon dollara çata biləcəyi xəbərdarlığını edən Guterres, ''120 milyon adam işini itirmək riskilə qarşı-qarşıyadır'' deyib.
Guterres, koronavirus pandemiyasının turizm sektorunda inkişaf etmiş iqtisadiyyatlar üçün böyük bir şok təsiri yaratdığına işarə edib. Pandemiyanın xüsusilə inkişaf etməkdə olan, bir çox kiçik ada və Afrika dövləti üçün fövqəladə vəziyyət yaratdığını ifadə edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 12 saat əvvəl
-
12 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
12 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
13 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 13 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
