İyulda “Azərkosmos”un ixracdan gəliri azalıb
Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC 27 ölkəyə 28,1 mln ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.
Təkcə iyulda isə səhmdar cəmiyyəti 19 ölkəyə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkələrin sayı 2 vahid yaxud 9,5%, ixracdan gəlir isə 400 min ABŞ dolları və yaxud 5,8% azalıb.
Yanvar-iyul aylarında xidmətin ixrac edildiyi əsas ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Malayziya və BƏƏ-dir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
7 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 24 d. əvvəl
-
29 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 54 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Ən çox oxunanlar
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı





















