"Bunu etməsələr, xarici şirkətlər bazarı tam ələ keçirərlər"
“Biz təklif edirik ki, Tarif Şurası və ya digər dövlət qurumları tariflərin müəyyən edilməsi mexanizmini hazırlasın. Yəni minimal və maksimal qiymətlər müəyyən edilməlidir. Biz demirik ki, “Koroğlu”dan 28 Maya 3 manata aparılsın, ya da hər kilometr 1 manat olsun. Biz deyirik ki, müvafiq qurumlar qiymətlərlə bağlı təkliflərini hazırlasınlar”.
Bunu Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev bildirib.
O deyib ki, bu gün taksi sifariş etdikdə, yaxud yol kənarında dayanan taksi sürücülərinə müraciət etdikdə onların fərqli qiymətlər təklif etdiyini görərik: “Bəzi avtomobillər köhnə, hətta yararsız olur. Avtomobillərdə mövcud tərtibat qaydalara cavab vermir. Sürücülərin böyük əksəriyyəti qeyri-peşəkardır. Bunlar da taksi fəaliyyəti ilə bağlı yeni konsepsiyasının reallaşmasını labüd edir. Konsepsiyanın icrası ilə sərnişinlər üçün təhlükəsiz və keyfiyyətli taksi xidmətinə nail olmaq qarşıya məqsəd kimi qoyulub. Sürücülər üçün isə iqtisadi baxımdan müsbət addımlar atılacaq”.
Onun sözlərinə görə, bu gün bazarda fəaliyyət göstərən xarici taksi şirkətləri dövlətdə qeyri-rezident kimi qeydiyyatdan keçməyiblər: “Onlar sürücülər vasitəsilə pul qazanırlar və həmin pulu xaricə daşıyırlar. Onlar bir çox xərclərdən azad olduğu üçün qiyməti aşağı müəyyən edirlər. Onlarla mübarizə aparan yerli şirkətlər də məcburiyyət qarşısında qiymətləri süni olaraq daha da aşağı endirirlər. Bunu etməsələr, xarici şirkətlər bazarı tam ələ keçirərlər. Bu, artıq inhisarçılıqdır. Onlar bir neçə ölkədə fəaliyyət göstərdikləri üçün digər ölkələrdən də qazanc əldə edirlər. Yerli şirkətlər qiyməti endirdikdən sonra bunun çətinliyi sürücülərin üzərinə düşür. Onlar yanacağı və digər xərcləri çıxartmaq və qazanc əldə etmək üçün daha uzun müddət işləməyə məcbur olurlar. Bəzi insanlar bunu sağlam rəqabət kimi təqdim edirlər. İctimaiyyətdə belə bir fikir var ki, pandemiyadır, insanlar işləyə bilmir. Heç bir işə əli çatmayan kreditə avtomobil götürüb taksi xidməti ilə məşğul olur. Qeyri-peşəkar şəxslərin sərnişindaşıma ilə məşğul olması, sərnişinlərin təhlükəsizliyi üçün risk yaradır”.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"





















