"İyuldan bəri gələn məlumatlar yaxşılaşmaya işarə edir"
Avropa Mərkəz Bankının (AMB) sədri Christine Lagarde, bankın Sentyabr ayı yığıncağının ardından mətbuat konfransında çıxış edib.
Marja xəbər verir ki, "İyuldan bu yana gələn məlumatlar yaxşılaşmaya işarə edir" deyən Lagarde, yaxşılaşmanın əvvəlki proqnozlara paralel bir şəkildə reallaşdığını söyləyib.
1.35 trilyon avro məbləğindəki pandemiya istiqraz alışı proqramının davam edəcəyini söyləyən Lagarde, tələb tərəfində əhəmiyyətli bir yaxşılaşmanın müşahidə edildiyini ifadə edib.
Lagarde, AMB-nin inflyasiya üzərində avronun təsirini diqqətdə saxlayacağını bildirib.
Xəbər verdiyimiz kimi, Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi toplantısında faiz dərəcələrində dəyişikliyə getmədi. Bank, pul siyasəti faizini 0%-də, maliyyələşmə faizini 0.25%-də, depozit faizini də mənfi 0.5%-də saxlayıb.
AMB, pandemiya istiqraz alışı proqramında da dəyişikliyə getmədi. AMB, iki əvvəlki yığıncaqda Pandemiya dövründə Təcili Satınalma Proqramını (PEPP) 600 milyard avro artırmış və proqramı 1.35 trilyon avroya yüksəlmişdi.
AMB, Avro Bölgəsində bu ilə dair iqtisadi geriləmə proqnozunu 8.7%-dən 8%-ə, 2021-ci il üçün iqtisadi artım proqnozunu isə 5.2%-dən 5%-ə endirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























