"AzerGold istiqrazlarının yerləşdirmələri növbəti iri layihələrə yol açacaq"
24 sentyabr tarixində Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında AzerGold şirkətinin istiqrazlarının buraxılışı uğurla həyata keçirilib. Bu buraxılış yerli bazarda ilk dəfə ölkə iqtisadiyyatının qeyri-neft sahəsini təmsil edən dövlət şirkətlərinin istiqrazlarının buraxılışı kimi qeyd olundu.
Bazar iştirakçılarının böyük marağına səbəb olan istiqrazların yerləşdirilməsi kütləvi yerləşdirmə metodu ilə həyata keçirilmişdir. PAŞA Kapital investisiya şirkətinin anderrayterliyi ilə həyata keçirilən yerləşdirmədə, istiqrazların planlaşdırılmış 20 milyon ABŞ dolları ümumi həcmidən ilk 10 milyon mant tranşı həyata keçirilib. İstiqrazların yerləşdirilməsinin müddəti 3 il, kupon ödənişləri – rüblük, hərrəcda irəli sürülə biləcək maksimal kupon faizi təklifi 4% təşkil etmişdir. Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 102.8587 (3.00%) olan 88 sifariş təqdim edilmişdir. Auksion nəticəsində ümumi tələb 25 592 000 ABŞ dolları təşkil etmiş, orta illik faiz dərəcəsi 3.38% maksimal faiz həddi isə kəsmə qiymət üzrə 3.71% həcmində qeydə alınmışdır.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu istiqrazların yerləşdirilməsi borc bazarının və ümumilikdə ölkə iqtisadiyyatının inkişafındakı mühüm hadisələrindən biridir.
“AzerGold, Bakı Fond Birjası, PAŞA Bank və PAŞA Kapitalın sıx əməkdaşlığı nəticəsidə ilk dəfə olaraq Azərbaycanın qiymətli kağızlar bazarı tarixində iqtisadiyyatın qeyri-neft sektorunu təmsil edən və eksport yönümündə fəaliyyət göstərən bir dövlət şirkətinin istiqrazları ilk dəfə buraxılıb. Bu, ölkədə investisiyaların cəlb edilməsində və Azərbaycan iqtisadiyyatının real sektorunu təmsil edən həm özəl, həm də dövlət şirkətlərinin inkişafı üçün əlverişli şəraitin yaradıldığını açıq şəkildə nümayiş etdirir. PAŞA Bank olaraq biz əminik ki, belə mühüm istiqraz emissiyasıyaların yerləşdirmələri növbəti iri layihələrə yol açacaq və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına gətirib çıxaracaq”, - deyə T.Kazımov bildirib.
Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir.
Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə nəşrinin "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
2025-ci il "Bank Respublika" üçün necə keçib? - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 5 saat əvvəl
-
6 saat əvvəl
AccessBank 2025-ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub
-
8 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
9 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
11 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
12 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı




















