SOCAR-ın zavodu Rusiya neftinin alışını kəskin azaldıb
Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) bu il Rusiyanın "Urals" markalı neftinin alışını kəskin azaldıb və hazırda daha yaxşı təkliflər üçün axtarışdadır.
"Reuters"inverdiyi məlumata görə, treyderlər NEZ-in tədricən İraq və Norveçdən olan neft sortlarına üstünlük verdiyini bildirib. "Urals"ın satışlarının azalmasının səbəbləri kimi, bazarda yüksək rəqabətlə üzləşməsinin və "OPEC+" sazişi çərçivəsində neft hasilatının azalması göstərilir.
Treyderlərin məlumatına görə, sözügedən markalı neftin qiymətinin bu yay maksimuma çatması bir çox NEZ-lərin "Urals"ın alışını azaltması ilə nəticələnib. Bundan əlavə, "Star Rafineri" tərəfindən "Urals" neftinin alışının azaldılması Rusiyanın qərb limanlarından dəniz nəqliyyatı ilə neft ixracatında kəskin azalmasından sonra baş verib.
Hazırda "Star Rafineri" keyfiyyət baxımından "Urals"a oxşar İraqın "Basra", Norveçin "Johan Sverdrupun" və Qazaxıstanın "CPC Blend" markalı neftini alır.
"Reuters"in "Refinitiv Eikon" iqtisadi məlumatlar və analiz platforması qeyd edir ki, gündəlik təxminən 210 min barel emaletmə qabiliyyətinə malik olan "Star Rafineri" avqust və ya sentyabr aylarında "Urals" markalı neft idxal etməyib. 2019-cu ildə 6,1 mln. ton "Urals" nefti idxal edən NEZ bu il alış həcmini 1,2 mln. tonadək endirib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 28 d. əvvəl
-
30 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
3 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti





















