Embafinans-dan orduya dəstək
(®️) Azərbaycan torpaqları uğrunda gedən mübarizə davam edir. İşğal altında olan torpaqlarımızın tarixi sahiblərinə qaytarılması uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi fədakarlıq və mərdlik hər bir Azərbaycanlının qürur mənbəyidir. Azərbaycanın rəşadətli ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və işğal altındakı torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb və uğurla davam edir.
Allah bütün əsgərlərimizin üstündə olsun!
Xalqımız üçün çətin olan bu günlərdə Embafinans ailəsi rəşadətli ordumuzun dəstəyi üçün əlindən gələni əsirgəmir.
BOKT Embafinans QSC Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 AZN ianə edib və əlavə olaraq cəbhə xəttində vuruşan ordumuza təsərrüfat, geyim və gigiyena məhsullarını da göndərdi. Məhsullar birbaşa olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrə təhvil verilib.
Həmrəyliyi və vətən sevgisi ilə bütün dünyaya səs salan Azərbaycan xalqı bu çətin günlərdə ordumuza xüsusi dəstək göstərir. Əminik ki, Embafinans kimi bütün şirkətlər də, bu cür yardım kampaniyaları keçirdib bu çətin günlərdə əsgərlərimizin yanında olacaq!
Torpaqlar uğrunda canını belə əsirgəməyən ordumuza hər birimiz dəstək olaq! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
9 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
9 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
9 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)











.jpg)





