"Karantin rejiminin şərtlərinə yenidən baxıla bilər" - TƏBİB-DƏN AÇIQLAMA
“Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib. Görürük ki, günlük yoluxma mənfi tendensiya üzrə inkişaf edir”.
Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək: “Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik.
Niyə yoluxma sayı artdı? Belə bir sual qoyaq. Yoluxma sayının artmasının bir çox səbəbi var. Baxmayaraq ki, biz həmişə yumşaldılmalardan sonra yoluxma sayının artma riskinin olduğunu deyirdik. İnsanlara deyirdik ki, yumşalmalar olmasına baxmayaraq, qaydalara daha ciddi əməl etməliyik. Bəzən insanlar bunu səhv başa düşürlər. Karantin rejimində yumşaldılma olduğu halda demək risk yoxdur deyə düşünə bilirlər. Amma tam tərsinə, yumşaldılma olması bizi daha da diqqətli etməlidir. Virusun yayılmasının qarşısının alınması üçün bu, zəruridir. Amma məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Sadəcə bunlar deyil, son günlərdə ön cəbhədə Azərbaycanın haqq savaşı gedir, bütün insanların diqqəti ordadır. Yəni, fikirlər ön cəbhəyə yönəldiyinə görə artıq koronavirus anlayışı aktuallığını itirib. Belə məqamda hamımızın diqqəti qələbə xəbərləri gözləməyə yönəlib. Bununla insanlar zəruri dediyimiz maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar”.
V.Əliyev qeyd edib ki, son günlərdə əsgərlərlə mülki şəxslərin ciddi sıx təması olub: “Könüllü şəxslər hərbi komissarlığın qarşısında orduya yazılarkən ara məsafəsi qorunmurdu. Təbii ki, o anda onlar düşünülmür. Hər birimizin Azərbaycan övladı olaraq düşündüyümüz ön cəbhə, erməni separatçılarına qarşı mübarizə aparmaqdır. Amma arxa cəbhədəki virusu da unutmamalıyıq. Koronavirus sərhəd tanımır. Koronavirus ölkə daxilində insanın vəzifəsini, tutduğu mövqeyə baxıb xəstəlik yaratmır. Biz daha əvvəl də bunun şahidi olmuşuq. Yəni əsgər, zabit, mülki vətəndaş olsun, koronavirusa yoluxarsa, bugünki gün üçün ölkə daxilində hər kəsi yoluxdura bilər”.
İnfeksionist vurğulayıb ki, xəstəliyə yoluxma sayı artarsa, yaxın gələcək üçün qazana biləcəyimiz hərbi uğura mənfi təsir göstərə bilər: “Biz insanlarımızın sağlamlığını düşünərək eyni zamanda əsgər və zabitlərimizin də sağlamlığına təsir göstərmiş oluruq, yəni bunu da nəzarətdə saxlaya bilirik. Əgər daxildə koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu, daha da geniş arealda yayılacaq. Virus ordu sıralarına qədər yayıla bilər. Təbii ki, o zaman xəstəliyin qarşısını almaq çox çətin olacaq”.
V.Əliyev COVID-19-a yoluxma sayının artıma doğru gedəcəyini də qeyd edib. Onun sözlərinə görə, insanlar qaydalara əməl etməsə, karantin rejiminin şərtlərinə yenidən baxıla bilər: “Mövcud vəziyyətdə onsuz da ağır günlərdən keçirik. Hər bir azərbaycanlı bəzən orduya necə dəstək olacağı haqda düşünür. Məncə, ən böyük dəstək vətəndaş məsuliyyəti, bildiyimiz işi doğru etməkdir. Yəni, hər bir insan fərdi məsuliyyətindən irəli gələrək öz sağlamlığını qorumaq və virusun yayılmasının qarşısını almaqla, vətənə, xalqa ən böyük faydalılığını göstərə bilər".
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 4 saat əvvəl
-
5 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
6 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
7 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
















.jpg)








