Avtomobillərin alqı-satqı zamanı qeydiyyat qaydası dəyişib
Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişiklik edib.
Qüvvədə olan Əsasnaməyə əsasən, nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların uçotunun aparılmasını, satılmış avtomobillərin yol hərəkətinə müvəqqəti buraxılması üçün "tranzit" nişanları və hesab-arayış blankları ilə təchiz olunmasını və onların sərf edilməsinə müvafiq qaydada vaxtaşırı nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirib.
Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin vəzifələr sırasından nəliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan ticarət təşkilatlarının, komisyon mağazaların hesab-arayış blankları ilə təchiz olunmasını çıxarılıb.
İndiyə qədər nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesabla təsdiq edilib. Dəyişikliyə əsasən, arayış-hesab siyahıdan çıxarılıb, bu sıraya alqı-satqı müqaviləsi daxil edilib.
Qüvvədə olan Əsasnaməyə görə, idman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri mağazanın verdiyi arayış-hesab əsasında bu Əsasnamədə göstərilən qaydada qeydiyyata alınıb. Arayış-hesabın əks tərəfi lotoreya komissiyasının üzvləri tərəfindən doldurulmaqla avtomotonəqliyyatı udmuş şəxs haqqında məlumatlar yazılıb, lotoreya komissiyasının sədri və tədbir keçirən idarənin rəhbərliyi tərəfindən imza edilib və möhürü ilə təsdiqlənib. Dəyişikliyə əsasən, bundan sonra idman saraylarında, stdionlarda idman tədbirdləri vaxtı əşya lotoreyası keçirilərkən və başqa hallarda vətəndaşların udduqları nəqliyyat vasitələri lotereya təşkilatçısının verdiyi arayış əsasında bu Əsasnamədə göstərilən qaydada qeydiyyata alınacaq. Arayışda nəqliyyat vasitəsini udmuş şəxs haqqında məlumatlar yazılacaq, lotereya təşkilatçısı tərəfindən imza edilir və möhürlə təsdiqlənəcək.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























