“Hərbi-siyasi yol ən məqbul yoldur”
“Biz artıq bir neçə dəfə bu məsələ ilə öz mövqeyimizi açıqladıq. Mən də bunu söylədim. Mən yenə də öz fikrimdə qalıram. Demək olar ki, bütün yerlərdən bizə ünvanlanan mesajlar - təkcə bu dönəmdə deyil, bundan əvvəlki dönəmdə də belə idi ki, bu məsələnin hərbi yolla həlli yoxdur. Biz də buna vaxtından əvvəl reaksiya vermirdik. Onlar belə deyirlər, desinlər. Onların fikri budur, bizim də fikrimiz budur ki, bu münaqişə sülh yolu ilə həll edilsin, ancaq həll edilsin. Amma biz nə görürük?! 30 il bu heç bir nəticə vermədi”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.
Azərbaycan Prezidenti bildirib ki, 30 il ərzində bu atəşkəs rejimində Ermənistan işğal edilmiş yerlərdə güclü mühəndis-istehkam qurğuları yerləşdirib: “Bu gün Azərbaycan Ordusunun peşəkarlığı və cəsarəti nəticəsində biz o istehkamları yarırıq. 30 il ərzində Ermənistan sülhə yox, bu torpaqları daim işğal altında saxlamağa cəhd göstərib. Çünki əgər sülhə meylli olsaydı, niyə Füzulidə, niyə Cəbrayılda, yaxud da Ağdam istiqamətində bu istehkamları qursun? Qurursan ki, daim bu torpaqları öz nəzarətində saxlayasan. Yəni atəşkəs müddəti buna gətirib çıxardı. Bundan sonra Ermənistan idarəetməsi daha da azğınlaşdı. Baxın, Paşinyan nələr deyir, onun Müdafiə naziri nə deyir. Müdafiə naziri deyirdi ki, biz Azərbaycana qarşı yeni torpaqlar uğrunda yeni müharibə aparacağıq. Bu bizə qarşı açıq hədə idi. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Yəni ki, 1 sm torpaq bizə verilməyəcək. O zaman hansı sülh yolları ilə bunun həlli mümkündür? Mən isə deyirdim ki, biz indi məsələnin hərbi yollarla həll edilməsi mərhələsindəyik. Biz istəyirik ki, bu mərhələ nə qədər tez olsa, bitsin. Və ondan sonra diplomatik mərhələ başlasın. Yəni bizim yanaşmamız bu məsələ hərbi-siyasi yollarla həll edilsin. Tək hərbi yolla həll edilə bilməz. Mən bunu qəbul edirəm. Çünki fəal toqquşma mərhələsindən sonra tərəflər gərək sülh müqaviləsi haqqında düşünsünlər və bunu etsinlər. Yəni siyasi yollar olacaq. Ona görə hərbi-siyasi yol ən məqbul yoldur. Biz hərbi yolu durdurmaq istəyirik. Ancaq Ermənistan hələ də düşünür ki, itirilmiş-yəni bizim azad etdiyimiz torpaqları geri qaytaracaq. Ona görə döyüş meydanında da bizə daim hücumlar edir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 27 d. əvvəl
-
35 d. əvvəl
“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb
-
59 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
59 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
1 saat əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB







.jpg)








.jpg)








