Abşeron, Xızı və Qaradağda bərpa olunan enerji stansiyaları tikiləcək
Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə bərpa olunan enerji stansiyalarının tikintisinə başlanacaq.
Bu barədə Energetika naziri Pərviz Şahbazovun rəsmi mətbuatda dərc olunmuş, 20 oktyabr – Energetika gününə həsr edilmiş məqaləsində deyilir.
Nazirin sözlərində görə, bu ilin yanvar ayında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması oldu.
Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən, 400 mln. ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq.
"“Enerji alğı-satqı”, "İnvestisiya", "Ötürücü Şəbəkəyə Qoşulma" və "Torpaq İcarə" müqavilələri hazırlanaraq investorlara təqdim edilib və hər iki şirkətlə imzalanacaq müvafiq sənədlərin razılaşdırılması artıq yekunlaşır. "ACWA Power" və "Masdar" şirkətləri ilə müvafiq müqavilələrin imzalanmasından sonra Abşeron, Xızı və Qaradağ rayonlarında ayrılmış ərazilərdə stansiyaların tikintisinə başlanacaq. Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır", - deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı, 300 mln. kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 25 d. əvvəl
-
- 28 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
2 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
2 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir





















