Rabitəbank maliyyə vəziyyətini açıqladı - ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Rabitəbank ASC 2020-ci ilin 9 ayını 3 milyon 844 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 7 milyon 621 min manat xalis mənfəət əldə etmişdi. Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın 3,3 dəfə artması ilə bağlıdır. Bankın cari biznes fəaliyyətinin nəticəsini daha doğru əks etdirən əməliyyat mənfəəti artıb.
Marja xəbər verir ki, 2020-ci ilin 9 ayında Rabiətbankın cəmi əməliyyat gəlirləri 43 milyon 789 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 251 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 13 milyon 538 min manat əməliyyat mənfəəti formalaşıb. Rabitəbank əməliyyat mənfəətindən 9 milyon 694 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bank məfəət vergisi ödəməyib. Beləliklə, Rabitəbank yanvar-sentyabr dövrünü 3 milyon 844 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 9 ayında Rabiətbankın cəmi əməliyyat gəlirləri 38 milyon 159 min manat, cəmi əməliyyat xərcləri 27 milyon 639 min manat, əməliyyat mənfəəti 10 milyon 520 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən ehtiyatlara 2 milyon 898 min manat ayrılmışdı.
2019-cu ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında Rabitəbankın cəmi əməliyyat gəlirlərinin 5 milyon 630 min manat artması ilə bərabər əməliyyat xərcləri 2 milyon 612 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması əməliyyat mənfəətinin 3 milyon 18 min manat artmasını təmin edib. Ötən ilin 9 ayında 10 milyon 520 min manat təşkil etmiş əmliyyat mənfəəti 2020-ci ilin 9 ayında 13 milyon 538 min manat təşkil edib. Artım Bankın həm faiz, həm də qeyri-faiz gəlirlərinin artmasından qaynaqlanır.
BANK BÖYÜYÜB
2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində Rabitəbankın cəmi aktivləri 122 milyon 27 min manat artaraq 862 milyon 11 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 17 milyon 895 min manat artaraq 375 milyon 521 min manata çatıb.
Rabitəbankda depozitlər 81 milyon 449 min manat artaraq 582 milyon 320 min manata yüksəlib.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 Sentyabr 2020-ci il tarixində Rabitəbank 105 milyon 65 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 114 milyon 31 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
























