Azərbaycan zavodu tərəfindən ağac budaması zamanı tətbiq olunan effektiv məlhəm hazırlanıb
Son zamanlar qlobal istiləşmə ilə əlaqədar ağacların budama yerlərində çürümə prosesinə bağlı xəstəliklərə daha çox rast gəlinir. İsti havalarda ərimə temperaturu yüksək olduğu üçün budama zamanı istifadə olunan qoruyucu laydan ibarət məlhəmlərin effektivliyi azalır. Yüngül zədələrdən fərqli olaraq, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır.
Bu problemlə əlaqədar bir neçə il bundan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən isti hava şəraitinə daha dayanıqlı məlhəmin hazırlanması üçün AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavoduna müraciət olunmuşdur. Bu məqsədlə Zavodun Elmi-tədqiqat sınaq laboratoriyası tərəfindən bir neçə nümunə hazırlanaraq instituta göndərilmiş, bu nümunələrdən biri yüksək effektivlik nümayiş etdirmişdir. Belə ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna təqdim olunan təcrübə nümunələri 1 hektar ərazidə sınaqdan keçirilmiş və müsbət nəticələr əldə olunmuşdur.
Hazırda Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı həmin məhsulun kütləvi istehsalına başlanılıb. Bu preparat meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istehsal olunub.
Tam yerli xammal bazası əsasında hazırlanmış “Bağ məlhəmi”nin Azərbaycanın müxtəlif bölgələrində üzümlüklərdə, meyvə bağlarında ağac budamasından sonra onun zədələnmiş hissələrdəki kəsiklərin üzərində tətbiq olunması ağacların sağlam qalması və vaxtından əvvəl qurumaması baxımından böyük səmərə verəcək.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















