Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri istifadəyə verildi - ŞƏRTLƏR
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlər üçün yeni mikrokredit paketləri hazırlayıb. Bu mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub.
Marja Agentliyə istinadən xəbər verir ki, mikrokreditlər 15 min manatadək, 1 il müddətinə və 12 faizlə verilir.
Aqrotexniki qulluq və gübrə alışı üçün nəzərdə tutulan kreditlərin güzəşt müddəti 7 aydır və bu müddətdə fermer yalnız faizləri geri ödəyir. Məhsul yığımı zamanı kreditin əsas məbləğinin yarısı birdəfəlik ödəniş kimi edilir. Növbəti 5 ayda isə qalan məbləğ və faizlər bərabər hissələrə bölünməklə geri qaytarılır.
Heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulmuş mikrokreditlərin güzəşt müddəti 6 aydır. Güzəşt müddətində yalnız kredit faizlərini ödəyən heyvan sahibi 6 aydan sonra kreditin əsas məbləğinin yarısını geri qaytarır. Növbəti 6 ayda isə qalan məbləğ və faizləri bərabər hissələrlə ödəyir.
Aqrotexniki qulluq və gübrə mikrokreditlərini əldə etmək üçün fermerlərdən şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) qeydiyyat, torpaq sənədi və müvafiq təchizatçı ilə müqavilə tələb olunur. Yem krediti üçün üçün müraciət edən heyvandardan şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də qeydiyyat və yem təchizatçısı ilə müqavilə istəniləcək.
Yeni mikrokredit məhsullarından hər hansı birini əldə etmək üçün fermerlər AKİA-nın mikrokreditləşmədə ixtisaslaşmış müvəkkil kredit təşkilatlarından birinə (Access Bank, Unibank, Bank of Baku, Yelo Bank, Bank Respublika) müraciət edə bilərlər.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























