AYİB Azərbaycanın dayanıqlı bazar iqtisadiyyatına keçidini qiymətləndirib
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın dayanıqlı bazar iqtisadiyyatına keçidinə cavabdeh olan əsas göstəricilərini qiymətləndirib.
AYİB-in "Transition Report 2020-21" hesabatında verilənməlumata görə, qiymətləndirmə 6 göstərici üzrə aparılıb: rəqabətə davamlılıq, idarə olunma və tənzimləmə səviyyəsi, "yaşıl" iqtisadiyyata keçid səviyyəsi, müxtəlif kateqoriyadan olan insanların iqtisadiyyatda iştirakı səviyyəsi, iqtisadi davamlılıq və inteqrasiya.
Hesabata görə, 2020-ci ildə Azərbaycandakı biznes mühit inkişaf edib və rəqabətə davamlılıq indeksi 4,30 bənddən 4,54 bəndədək yüksəlib. Yaxşı idarə olunma və tənzimləmə indeksi də ("well-governed") ölkədə son illər ərzində şəffaflığın, şəxsi və əqli mülkiyyət hüquqlarının daha yaxşı qəbul edilmiş müdafiəsini tənzimləmə və qorunması üçün daha güclü çərçivələrin qurulmasını sayəsində 5,31 bənddən 5,58 bəndədək yüksəlib.
"Yaşıl" iqtisadiyyata keçid səviyyəsinin göstəricisi olan "Green" indeksi isə dəyişməz qalıb – 5,37. Burada Rusiya istisna olmaqla, heç bir region ölkəsində yaxşılaşma qeydə alınmayıb.
Ümumi xarici iqtisadi sarsıntılara qarşı olan iqtisadi dayanıqlıq indeksi 2020-ci ildə 4-dən 4,09-dək yüksəlib. Müxtəlif kateqoriyadan olan insanların iqtisadiyyatda iştirak etməsi səviyyəsi də daha şaxələndirilmiş iqtisadiyyat sayəsində 5,07 bəndədək yüksəlib (2019-cu ildə 4,93).
Son olaraq, inteqrasiya səviyyəsi indeksi 5,61 bəndən 5,85 bəndədək qalxıb. Bu indeks ticarət və nəqliyyat əlaqələrinin inkişaf səviyyəsini əks etdirir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















