Rusiya Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə münasibət bildirdi
Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi ilə bağlı prezident Rəcəb Rayyib Ərdoğanın fərman layihəsi respublikanın qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı sənədin ölkə parlamentinə daxil olması ilə bağlı məlumatı şərh edərkən bildirib.
“Məsələ ondadır ki, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq. Ora Türkiyə hərbçilərini göndərmək lazımdır. Bu, Türkiyə Respublikasının qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdur. Bu, Türkiyənin daxili işidir. O ki, qaldı Azərbaycan ərazisində birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı razılığa, bu, Rusiya və Türkiyə ikitərəfli razılaşmasının məhsuludur”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Yeri düşmüşkən, Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin mətni açıqlanıb.
Sənəddə deyilir:
“Dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizə illərdir davam edir.
Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda cəbhə xətti boyu hərbi hədəflərə və mülki əhaliyə hücumlarına cavab olaraq Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək əks-həmlə əməliyyatına başlayıb və nəticədə işğal altındakı torpaqlarının azad edilməsi istiqamətində əhəmiyyətli qələbə qazanıb.
Türkiyə beynəlxalq hüquq və suverenlik haqları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün haqlarını müdafiə edə bilməsi üçün prosesindən əvvəlindən etibarən ona dəstək verib. Nəticədə Azərbaycanın əks-həmlə əməliyyatında əldə etdiyi irəliləyiş meydanda yeni bir şərait yaradıb.
Azərbaycan, Rusiya və Ermənistanın əldə etdikləri razılaşmaya əsasən, 10 noyabr 2020-ci il tarixində saat 00.00-dan etibarən bölgədə atəşkəs elan edilib və işğal altındakı bəzi bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tutan təqvim elan olunub.
Əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb.
Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır.
Bu mülahizələrlə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin şərtlərindən irəli gələn öhdəliyimizi yerinə yetirmək, atəşkəsin təsis edilməsi və pozulmasının qarşısının alınması, bölgədə sülh və sabitliyin əldə edilməsi məqsədilə Türkiyənin yüksək mənfəətlərini təsirli şəkildə qorumaq və müdafiə etmək üzrə şəxsi heyətin tərkibi, xidmət müddətinin Prezident tərəfindən təyin ediləcəyi, Birgə Mərkəzin xidmətlərinin icrası istiqamətində Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi, bu qüvvələrin Prezidentin müəyyən edəcəyi əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün lazımi tədbirin görülməsi və bunlara imkan verəcək tənzimləmələrin Prezident tərəfindən müəyyənləşdiriləcək əsaslara görə aparılması üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində icazə verilməsinin lazım olduğunu sizin diqqətinizə çatdırıram”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu












.jpg)









