Neftin ucuzlaşması ilə Azərbaycanın azalan gəliri məlum oldu
Azərbaycan xaricə xam neft satışından 4,5 milyard dollar az qazanıb2020-ci ilin 10 ayı ərzində Azərbaycandan 8 milyard 477 milyon 435 min dollar dəyərində 26 milyon 10 min ton xam neft ixrac edilib.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə xam neft ixracı 4 milyard 487 milyon 835 min dollar və ya 34,6%, miqdar ifadəsilə neft ixracı isə 848 min ton və ya 3,2% azalıb. Ötən ilin 10 ayında Azərbaycandan 12 milyard 965 milyon 270 min dollar dəyərində 26 milyon 858 min ton xam neft ixrac edilmişdi.
Dəyər ifadəsilə təbii qaz ixracı isə 161 milyon 935 min dollar artaraq 1 milyard 882 milyon 541 min dollardan 2 milyard 44 milyon 476 min dollara yüksəlib.
2020-ci ilin 10 ayında xam neft və təbii qaz ixracından Azərbaycana cəmi 10 milyard 522 milyon dollar daxil olub.
Dəyər ifadəsilə neft ixracının kəskin azalması neftin ucuzlaşması ilə əlaqədardır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 19 d. əvvəl
-
27 d. əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 31 d. əvvəl
-
39 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Ən çox oxunanlar
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti




















