Banklarda vəsaitin nağdlaşdırılması - 8 çətinlik

Banklarda vəsaitin nağdlaşdırılması ilə bağlı tətbiq edilən limitlər son günlər ən çox müzakirə edilən məsələlərdəndir. Mövcud qaydalara əsasən, ƏDV məqsədləri ucun qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dovrun istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi odəyicilər 30 min, digər vergi odəyiciləri 15 min manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər.
“Marja” xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bu qadağanın ölkə iqtisadiyyatı üçün yaratdığı 8 əsaslı problemi sadalayıb.
Onun sözlərinə görə, nağdsız hesablaşmaların genişləndirilməsinə ehtiyac var və əslində biz də nağdlı ödənişlərin optimallaşdırılmasının tərəfdarıyıq. Amma problem ondadır ki, bu qadağalar iqtisadiyyatın mövcud strukturuna uyğunlaşdırılmayıb. Çətinliklər nədir və niyə bu qadağalar birmənalı qarşılanmır?
Çətinlik 1. Aylıq nağdlaşdırma ilə bağlı qadağalar iş adamlarının illik dövriyyəsinə uyğunlaşdırılmayıb. Yəni, 250 min manat illik dövriyyəsi olan şirkət ilə dövriyyəsi 25 milyon manat olan biznes subyekti üçün limitlər eynidir. Hər ikis ayda ən çoxu 30 min manat nağdlaşdıra bilər. Halbuki, bu limitlər dövriyyə ilə əlaqləndirilməli idi. Məsələn, limitlər 1 milyon manatadək, 1-5 milyon, 5-10 milyon və 10 milyon manatdan artıq dövriyyələr üzrə fərqləndirilməli idi.
Çətinlik 2. Limitlər vəsaitin mənbəsinin mülkiyyət növü üzrə fərqləndirilməyib. Nəzərə alsaq ki, bu qadağaların əsasən şəffaflığın gücləndirilməsi məqsədi ilə tətbiq edildiyi bildirilir o zaman büdcə vəsaitlərinə limit, özəl sektorun pullarına tətbiq edilən qadağalardan fərqli olmalıdır. Özəl sektora hesablaşma növündə daha böyük limitlər çərçivəsində sərbəstlik vermək lazmdı.
Çətinlik 3. Qadağalar biznesi prosesə hazırlamadan tətbiq edilir. Əslində, daha yaxşı olardı ki, 2017-ci ildə nağdlaşdırma ilə bağlı limitlər dövlət vəsaitlərindən istifadəyə tətbiq edilsin və bu prosesə hazırlıq üçün ən azı biznesə 1 il vaxt verilsin.
Çətinlik 4. Qadağalar vəsaitlərin məqsədi üzrə də fərqləndirilməyib. Məsələn, qeyri-neft məhsulları ixrac üzrə subsidiya alan sahibkar həmin vəsaiti yalnız limitlər daxilində nağdlaşdıra bilir. Halbuki, əvəzsiz ödənişlərə güzəşt tətbiq edilməli idi.
Çətinlik 5. Qadağalar kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olanlara da eyni qaydada da tətbiq edilir. Məsələn, bizim mərkəzə müraciət edən sahibkar Rusiya və Ukraniyaya kənd təsərrüfatı məhsulları ixrac edir. Məhsulları fermerlərdən və ya kəndlilərdən alır. Təbii ki, ödənişi nağd edir. İxrac etdiyi məhsulların pulunu isə bank vasitəsi ilə alır. Qadağalardan sonra bu sahibkarlar hesablarına köçürülən pulu nağdlaşdırıb yenidən kənd təsərrüfatı məhsulları ala bilmirlər. Nəticədə, bu aqrar məhsulların ixracı ilə məşğul olanların fəaliyyətini tormuzlayır.
Çətinlik 6. Nağdsız hesablaşmaların genişlədirilməsi təşviqi deyil, belə inzibati metdolar ilə aparılır. Məsələn, uzun müddətdir ki, CESD nağdsız hesablaşmalara görə bonus sistemin tətbiqini təklif edir. Belə təşviqi metodlar sahibkarlar üçün də təklif edilə bilər. Təəssüf ki, hələlik sadəcə inzibatı metodlardan istifadə edilir.
Çətinlik 7. Əksər banklarda hətta limitlər daxilində də vəsaitlərin nağdlaşdırılmasına imkan verilmir. Dövlət büdcəsi vəsaiti üçün aylıq 5 min manatlıq limtilər tətbiq edilir. İctimai təşkilatlar onların hesabına köçürülən pullardan istifadə edə bilmirlər.
Çətinlik 8. Limitlər tətbiq edilən zaman ölkə iqtisadiyyatın mövcud strukturu və xüsəsən də bir sıra pərakənd satış sferlarında nağdsız ödəniş ənənəsinin olmaması nəzərə alınmayıb. Halbuki, hər bir ölkənin öz iqtisadi spesikasına uyğun olaraq limitlərin tətbiq edilməsinə ehtiyac var və Azərbaycanda da istənilən limitlər mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla həyata keçirilməlidir.
Çətinliklərin həlli: Limitlərin tətbiqi ilə bağlı daha əsaslandırılmış yanaşmaya ehtiyac var. “Hamı üçün eyni ölçü prinsipi ilə qadağaların tətbiqi” yanaşması deyil, vəsaitin mənbəyi, sahibkarlıq fəaliyyətinin növü, məqsədi, iqtisadiyyatın mövcud strukturu, qeyri-neft ixrav faktoru, qadağaların dövriyyə ilə əlaqələndirilməsi kimi meyarlarıa əsaslanan mexanizmlərin tətbiqinə ehtiyac var. Bu isə o deməkdir ki, limitlərə yenidən baxılıb artırılması şərti ilə dövlət büdcəsi vəsaitlərin istifadəsində qadağaların saxlanılaraq özəl sektor üçün ən azı növbəti 1 il müddətinə bu qaydaların tətbiqinin təxirə salınmasına ehtiyac var.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
7 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
19 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
36 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 44 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
1 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
