Lənkəranda məktəblilərin narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan “İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyə start verilib.
İctiami Birlikdən verilən məlıumatda qeyd olunur ki, aprel ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və Astara rayonlarının seçilmiş məktəblərində həyata keçiriləcək. Layinənin birinci mərhələsi çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminar təşkil olunub.
Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev , eləcə də , Lənkəran şəhər 8 saylı tam orta məktəbin direktoru Aslan İbrahimov müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizənin bir o qədər asan olmadığını bildiriblər.
Qeyd olunub ki, narkomaniya insanın həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir. Belə ki, narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin, narkomanın ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, eyni zamanda cinayətkarlığın artmasına səbəb olur. Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarından da yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir.
Mütəxəssislərin fikrincə onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki, bu sahədə təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük rolu vardır. Doğrudur, son illər respublikamızda bu ümumbəşəri bəlaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənib, bu sahəyə cavabdeh olan dövlət orqanları ciddi tədbirlər həyata keçirirlər. Lakin narkomaniya elə bir bəladır ki, onun qarşısını bir neçə qurumun köməyi ilə almaq mümkün deyil. Bu işə ictimaiyyət, o cümlədən QHT-lər də yardım göstərməlidirlər. Layihənin narkomaniyanın nisbətətn geniş yayıldığı cənub bölgəsinin məktəblərində icra olunmasında əsas məqsəd məhz budur. Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin vasitəsilə seçilmiş təhsil ocaqlarında narkomaniya problemi ilə bağlı əlaqələndirici şəxslərin yetişdirilməsi və onların vasitəsilə yeniyetmələr və gənclərin arasında təlimlərın aparılması nəzərdə tutulur. Son bir addım olaraq əhalinin bu problemli məsələyə və onun həllinə yaxından cəlb olunması üçün yürüşun təşkil olunması və məlumat xarakterli materialların paylanılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
27 d. əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 32 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
1 saat əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 1 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
15 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
15 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
Ən çox oxunanlar

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
