"Peyvənd işlərindəki müsbət xəbərlər ilə tunelin sonunda işıq göründü"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Direktoru Dr.Tedros Adhanom Ghebreyesus, "Peyvənd sınaqlarından gələn son müsbət xəbərlər ilə, bu uzun və qaranlıq kanalın (tunelin) sonundakı işıq daha da parlaqlaşır" deyib.ÜST-ün Direktoru Dr. Tedros Adhanom Ghebreyesus, təşkilatın İsveçrənin Cenevre şəhərindəki mərkəzində video konfrans yolu ilə həftəlik mətbuat konfransını keçirib.
Marja xəbər verir ki, Kovid-19 peyvəndi işləri ilə bağlı müsbət xəbərlərdən məmnuniyyətini dilə gətirən Ghebreyesus, peyvəndlərin inkişaf etdirilməsində göstərilən sürətin, bunların ədalətli şəkildə paylanmasında da göstərilməsi lazım olduğunu bildirib.
Ghebreyesus, tarixdə indiyə qədər hər hansı bir epidemiyaya qarşı bu qədər sürətli peyvənd hazırlanmadığını vurğulayaraq, "Peyvənd sınaqlarından gələn son müsbət xəbərlərlə, bu uzun və qaranlıq kanalın (tunelin) sonundakı işıq daha da parlaqlaşır. Bu anda, sınanmış və test edilmiş digər xalq təbabəti tədbirlərilə peyvəndlərin epidemiyanı sona çatdırmağa kömək edəcəyinə dair gerçək bir ümid var",- deyib.
Qeyd edək ki, Oxford Universitetinin İngilis-İsveç dərman şirkəti AstraZeneca ilə əməkdaşlıqda inkişaf etdirdiyi Kovid-19 peyvəndinin tək doza tətbiq olunması halında 70%, əvvəl yarım doza, ardından tam doza tətbiq olunması halında isə 90% təsirli olduğu açıqlanıb.
Pfizer-BioNTech peyvəndinin 95%, Moderna şirkətinin peyvəndinin isə 94,5% təsirli olduğu açıqlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















